Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Su çərşənbəsi münasibətilə tədbir keçirilib.

23 fevral 2022 | 16:00

Ölkəmizin hər bir guşəsində olduğu kimi, qədim tarixə malik olan Nizami yurdunda da Novruzun ilk müjdəçisi olan Su çərşənbəsi qeyd olunub. Gəncə şəhərinin ərazisində yerləşən Kəlbəcər Mədəniyyət Evində baş tutan musiqili, ədəbi-bədii bayram şənliyində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər. Bayram şənliyi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə mədəniyyət evinin girişində Gəncə Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin əl işlərindən və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə Su çərşənbəsinin mahiyyətindən, adətlərimizdən, inanclarımızdan bəhs olunub. Bildirilib ki, Su çərşənbəsi suya tapınma ilə başlayır. Ayinlər əsasən su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirməkdən və s. ibarətdir.  Hətta, inanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır.

Daha sonra Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramı gerçəkləşib. Bayram ab-havası ilə keçən konsertdə Kosa, Keçəl və Bahar qızın çıxışları,  bir-birindən maraqlı ifalar, rəngarəng rəqslər, əyləncə dolu tamaşalar hər kəsin zövqünə oxşayıb.

Sonda ulu öndər Heydər Əliyevin Novruz bayramlarının birində məcburi köçkünlərlə görüşü zamanı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin isə ötən il Şuşada etdikləri tarixi  çıxışlarından parçalar nümayiş olunub. Tədbir "Yaşa, Azərbaycan!" mahnısı ilə yekunlaşıb.

Keçidlər