Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Çanaqqala şəhidləri və "İstiqlal marşı"nın müəllifi Mehmet Akif Ərsoyun xatirəsi anılıb.

19 mart 2022 | 16:00

Türkiyənin Gəncədəki Baş Konsulluğunda gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin rekstoru, professor İbrahim Cəfərov  və ictimaiyyət nüməyəndələri iştirak ediblər.

Əvvəlcə Çanaqqala şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, Türkiyə Cümhuriyyətinin dövlət rəmzi - "İstiqlal marşı" səsləndirilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub.

Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk Vətən uğrunda canından keçən Türk və Azərbaycan şəhidlərini yad edib, İstiqlal naminə verilən mübarizələrdən bəhs edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. Konsul Çanaqqala zəfərindən söz açaraq, bu tarixi hadisədən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.

Niyazi Bayramov bildirib ki, Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşüb, Türk xalqının mübarizlik simvolu kimi əbədiləşib. Şəhər rəhbəri Çanaqqala zəfərinin Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc və qürurla qeyd edildiyini vurğulayıb. Bu hadisənin, əsl qardaşlıq nümunəsi göstərərək, Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın göstəricisi olduğunu qeyd edən Niyazi Bayramov, Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə iştirak edən qonaqlar Çanaqqala döyüşündən bəhs edərək bildiriblər ki, bu döyüş türk əsgərlərinin göstərdiyi mərdlik və cəsarətin rəmzidir. Qeyd olunub ki, Çanaqqala döyüşü Türkün zəfər dastanı olaraq tarixdə əbədi qalacaqdır.

Gəncə Uşaq Evinin sakinləri Mehmet Akif Ersoyun müəllifi olduğu "İstiqlal marşı" şeirini səsləndiriblər.

Tədbirin sonunda Mehmet Akif Ərsoyun həyatından bəhs edən sənədli film, Çanaqqala döyüşü və Çanaqqala şəhidlərinə həsr edilən videoçarx nümayiş olunub.

Keçidlər