Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova ilə görüşüb

08 aprel 2022 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri olan, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova ilə görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Elxan Məmmədov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev iştirak ediblər.

Niyazi Bayramov şəhid anası ilə söhbət zamanı Vətən müharibəsi zamanı ölkəmizin bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş  şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət başçısı tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

Brilliant Əsgərova şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adından və şəhid anaları adından dərin təşəkkürünü bildirib. Bununla yanaşı, Brilliant xanım bir sıra müraciətlərini də dilə gətirib.

Şəhid anasının mürəciətlərinin bəziləri yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər