8 Mart Beynəlxalq Qadınlar Günü Gəncədə təntənə ilə qeyd olundu
Təntənəli mərasim ölkə başçısı cənab İlham Əliyevin dediyi “Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı-nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Bu, doğrudan da bir möcüzədir.” sözlərinin ünvanı olan Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə gül dəstələri düzməklə başladı. Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış oldular.
Təntənəli mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə qadınları təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadınlara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq onların fədakar əməyi yüksək qiymətləndirilir, idarəetmə strukturlarında təmsil olunmalarına şərait yaradılır.
Heydər Əliyev Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti
dünya miqyasında tanınır. Fransanın Ərəb Mədəniyyəti İrsi Mərkəzi və Misirin “Nefertiti Media Produktions” şirkətinin birgə keçirdiyi sorğunun nəticələrinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb. Bütün bunlar Azərbaycan qadınının nəyə qadir olduğuna əyani bir sübutdur.
Bu gün respublikada gedən inkişaf və tərəqqidə önəmli yeri olan Gəncənin ictimai-siyasi həyatında qadınlarımız fəallıq göstərirlər. Gəncədə 200 nəfərdən çox qadın rəhbər vəzifələrdə çalışır.
Daha sonar fəal qadınlara şəhər İcra Hakimiyyəti adından Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.
Təntənəli mərasimə Gəncə Dövlət Filormaniyasının mahnı və rəqs ansamblı və Dövlət kamera Orkestri kollektivləri xoş övqat bəxş etdilər.