Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov şəhid Sahib Həsənovun atasını xəstəxanada ziyarət edib

08 aprel 2022 | 16:00

44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Həsənov Sahib Azər oğlunun atası Azər Həsənov "ürəyin arxa divarının kəskin miokard infarktı" diaqnozu ilə Gəncə Şəhər Kardioloji Xəstəxanaya yerləşdirilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xəstəxanaya gələrək şəhidin atasını ziyarət edib, onun vəziyyəti ilə maraqlanıb.  Şəhər rəhbərinə məlumat verilib ki, Azər Həsənova ilkin tibbi yardım göstərildikdən sonra ona stasionar yardım edilib. Şəhidin atası bütün müalicə və müayinələrdən keçirilib. Hazırda xəstənin səhhəti qənaətbəxşdir. Niyazi Bayramov şəhid atasına şəfa diləyib.

Qeyd edək ki, Həsənov Azər Sahib oğlunun övladı Sahib Həsənov 7 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra "Vətən uğrunda",  "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Keçidlər