Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov VIII Muğam Televiziya Müsabiqəsinin münsiflər heyəti ilə görüşüb.

11 aprel 2022 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov VIII Muğam Televiziya Müsabiqəsinin seçim turu ilə əlaqədar Gəncə şəhərinə gələn Xalq artistləri Səkinə İsmayılova, Sərdar Fərəcov, Mənsum İbrahimov və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi ilə görüşüb. 

Niyazi Bayramov incəsənət xadimlərini salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, artıq ənənə halını alan Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği istiqamətində reallaşdırdığı ən möhtəşəm layihələrdəndir. Bu müsabiqə qədim muğam sənətimizi tanıtmaqla yanaşı, yeni istedadlı gənc xanəndələrin üzə çıxmasına da töhfə verir.
Qeyd edək ki, bu gün Gəncə şəhərində Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin seçim turu baş tutub.
Keçidlər