Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı

20 iyul 2012 | 15:00

“2012-ci ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı

 Hörmətli yığıncaq iştirakçıları !

 Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun yen məzmunda uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sayəsində ölkəmiz lider dövlətlərdən birinə çevrilmiş, bütün sahə və istiqamətlərdə mühüm nailiyyətlər əldə olunmuş, əhalinin rifahını səciyyələndirən göstəricilər də yüksək artım dinamikası müşahidə olunur.

Dövlət başçısı cənab İlham Əliyev iyul aynın 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, ölkəmizdə sürətli inkişaf davam etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Cari ilin birinci yarısının ümumi daxili məhsul 1,5 faiz artmışdır. Başqa sözlə iqtisadiyyatın 1,5 faiz artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edildiyini göstərir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda 11,3 faiz, qeyri-neft sənayesində isə 8,3 faiz artım qeydə alınmışdır. Əhalinin pul gəlirləri 14,2 faiz artaraq inflyasiyanın səviyyəsindən 12,0 faiz çox olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar yaratmışdır. Bu vacib sənədlərin uğurla reallaşması Gəncə şəhərinin də potensial imkanlarından səmərəli istifadə olunmasına, iqtisadi fəallığın artmasına səbəb olmuşdur.

Respublika Prezidenti cənab İlham Əliyevin Gəncəyə son səfərində şəhərdə qısa müddət ərzində aparılan geniş abadlıq-quruculuq işləri ilə tanış olması, bir sıra vacib tikililərin təməlqoyma mərasimində iştirakı və görülmüş işlərə yüksək qiymət verməsi, şəhər sakinlərində yüksək əhval-ruhiyyə yaratmışdır. Bu bir daha dövlət başçısının Gəncəyə və gəncəlilərə davamlı qayğısının və diqqətinin təzahürüdür.

Möhtərəm Prezidentin diqqət və qayğısı Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar müvafiq sərəncamları, tapşırıq və tövsiyələri, şəhər icra hakimiyyətinin fəaliyyətinin əsasını təşkil edir və bu sahədə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Şəhərin iqtisadi və sosial həyatında müşahidə olunan dinamik inkişaf 2012-ci ilin birinci yarısında da davam etmişdir.

Ümumi daxili məhsul

 Şəhərin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici–ümumi daxili məhsulun həcmi 342,1 milyon manata çatmışdır.

 Ötən ilin müvafiq dövrü ilə müqayisədə onun həcmi 44,0 faiz artmışdır.

 Ümumi daxili məhsulun adambaşına düşən həcmi 43,7 faiz artaraq, 1062,1 manat və ya 1352 ABŞ dolları olmuşdur.

 Ümumi daxili məhsulun 67,9 faizini qeyri-dövlət bölməsi təşkil edir.

 Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

 Ümumi daxili məhsul istehsalının həcmi ayrı-ayrı sahələr üzrə, milyon manatla

 

Sahələr

2012-ci ilin birinci  yarısı

2011-cu ilin birinci yarısı

2011-ci illin I rübü ilə  müqayisədə

mütləq

faizlə

Ümumi daxili məhsul

o cümlədən :

342,1

237,5

+104,6

144,0

Sənaye

 

150,0

53,5

+96,5

2,8 dəfə

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

 

0,487

0,484

+0,003

100,5

Tikinti-quraşdırma işləri

 

53,9

53,3

+0,6

101,2

Nəqliyyat

36,9

36,4

+0,5

101,3

İnformasiya və rabitə

2,8

2,2

+0,6

125,7

Ticarət xidmətləri

98,0

91,6

+6,4

107,0

2012-ci ilin birinci yarısında ümumi daxili məhsulun strukturu, faizlə

Ümumi daxili məhsulun 43,8 faizi sənayenin, 0,1 faizi kənd təsərrüfatının, 15,8 faizi tikinti-quraşdırma işlərinin, 10,8 faizi nəqliyyatın, 0,8 faizi informasiya və rabitə sahələrinin, 28,7 faizi ticarət və xidmət sahələrinin payına düşür.

 

Ümumi daxili məhsulun həcmində məhsul istehsallarının xüsusi çəkisi 52,5 faiz, xidmətlərin istehsalı isə 47,5 faiz təşkil etmişdir.

 

2012-ci ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 252,1 manat, 2011-ci ilin müvafiq dövründə isə 243,4 manat təşkil etməklə 3,6 faiz artmışdır.

 

Bu dövrdə orta aylıq əmək haqqı daha yüksək maliyyə və sığorta bölməsidə 819,6 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 380,2 manat, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat bölməsində 308,2 manat, emal sənayesində 266,2 manat, təhsildə 260,1 manat təşkil etmişdir.

Sənaye

 

2012-ci ilin 6 ayı ərzində şəhərdə 150,0 milyon manatlıq və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

 

Sənayenin qeyri-dövlət müəssisələrində istehsalın həcmi 6,5 dəfə artmışdır. Bu ümumi sənaye məhsulunun 63,2 faizi deməkdir.

 

İstehsal edilmiş sənaye məhsulunun 104,0 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı 6 ay ərzində müəssisələrin anbarlarında 8,4 milyon manatlıq hazır məhsul ehtiyatı yaranmışdır.

 

Hazır məhsul ehtiyatlarının 46,5 faizi Gəncə Avtomobil zavodunun, 34,9 faizi “DET.AL.Alüminium” MMC-nin və digər sənaye müəssisələrinin payına düşür.

 

Ən mühüm növ məhsullardan - çörək və bulkanın, plastik boruların, traktorların, kotanların, fərdi qaz tənzimləyicilərinin, nar şirəsinin, üzüm şərabının, qalınlığı iki mm-dən çox olan alüminium zolaqların və lentlərin istehsalı keçən ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır.

 

Sənaye məhsulunun 0,3 faizi mədənçıxarma sənayesində, 91,4 faizi emal sənayesində, 6,2 faizi elektrik enerjisi, qaz-buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 2,1 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sektorunda istehsal olunmuşdur.

 

Sənayedə istehsalın və xidmətin strukturu, faizlə

 

Ümumi istehsalın 91,7 faizi sənaye məhsulu istehsalının, 8,3 faizi sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır.

 

Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 3 mart 2008-ci ildə təməli qoyulan Gəncə DET.Al Alüminium zavodu kompleksinin illik alüminium istehsal olunan birinci fazası 21 yanvar 2012-ci ildə istifadəyə verilmiş, 640 nəfər işlə təmin edilmişdir.

 

Kompleksin ikinci fazasında 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpuslarının, gil-torpaq qəbulu anbarının tikintisi davam etdirilir.

 

Cari ilin mart ayında illik istehsal gücü 850 min ton olan yeni “DRI” zavodunun və istehsal gücü 750 min ton olan yeni Polad zavodunun tikintisinə başlanılmış, 2013-cü ildə isə yeni Pelet zavodunun tikintisinə başlanılacaq və başa çatdırılacaqdır.

 

Beləliklə, 2012-2016-cı illərdə həyata keçirilən layihələrə 630 milyon dollar investisiya qoyulacaqdır.

 

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, “Gəncədə alüminiumyönümlü texnopark yaradılmalıdır”,

 

“Gəncə-Qənnadı” ASC-nin Süd emalı zavodunda müasir texnoloji prosesdə istifadə olunan müasir avadanlıqların quraşdırılması davam etdirilir.

 

İllik istehsal gücü 67 min baş iri və xırda buynuzlu heyvan və 3 milyon 600 min ədəd quş ətini emal edən “ELBA kəsim və emal fabrikası” MMC- nin tikintisi davam etdirilir.

 

“İnter-Pak” MMC-də illik istehsal gücü 0,6 min ton meyvə şirəsi və 0,4 min ton mürəbbə istehsal edən müəssisəsinin inşası başa çatdırılaraq istifadəyə verilmiş, hazırda müəssisədə 65 nəfər işçi çalışır.

 

Sənayedə əldə edilən nailiyyətlərlə arxayınlaşmaq olmaz. Nəticələri nəinki möhkəmləndirmək, həm də hər vasitə ilə inkişafı davam etdirmək vacib şərtdir.

Əsaslı tikinti, quraşdırma və abadlaşdırma işləri

 

Ölkə başçısının tapşırıq və tövsiyələrini uğurla həyata keçirən gəncəlilər bütün sahələrdə olduğu kimi, 2012-ci ilin birinci yarısında da şəhərdə aparılan yenidənqurma və abadlıq işlərini əzmlə davam etdirmişlər.

 

Şəhərin iqtisadiyyatının və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi 56 milyon 313.9 min manat təşkil etmişdir.

 

Bu vəsaitin 95,8 faizi və ya 53 milyon 948.7 manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1,1 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 1,2 faiz çox olmuşdur.

 

İstehsal təyinatlı obyektlərin inşasına 14 milyon 186.7 min manat, qeyri-istehsal təyinatlı obyektlərin inşasına 42 milyon 127.2 min manat investisiya qoyulmuşdur.

 

Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 42 milyon 339.4 min manat, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 13 milyon 974.5 min manat vəsait sərf etmişlər.

 

Şəhərin müxtəlif məhəllədaxili ərazilərində yaşayanların arzularını və müraciətlərini nəzərə alaraq mikrorayonlarda və yaşayış massivlərində abadlıq, səliqə-sahman yaradılması işləri bu ilin əvvəlindən də davam etdirilir.

 

Əsas kapitala yönəldilmiş investisiyaların maliyyə mənbələri üzrə strukturu, faizlə

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində büdcə vəsaitləri ümumi investisiyanın 72,6 faizi, müəssisə və təşkilatlar 25,5 faizi, əhalinin şəxsi vəsaitləri 1,4 faiz, bank kreditləri 0,5 faiz təşkil etmişdir.

 

Öz gücləri ilə yerinə yetirilən inşaat işlərinin strukturu, faizlə

 

Tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 2011-ci ilin səviyyəsini ­­­2,1 dəfə üstələmişdir. Görülmüş işlərin 97,6 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 1,2 faizini əsaslı təmir, 1,1 faizini cari təmir və 0,1 faizini sair təmir işləri təşkil etmişdir.

 

Möhtərəm Prezident İlham Əliyevin qayğısını daim öz üzərində hiss edən Gəncə şəhər sakinləri ölkə başçısının şəhərimizə son səfərindən üç gün sonra Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 5,0 milyon manat vəsait haqqında verdiyi sərəncam bu qayğının yeni təzahürüdür.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını və göstərişlərini özünün gündəlik işində proqrama çevirən şəhər İcra Hakimiyyəti görülən işlərin həyata keçirilməsində daha da fəallaşmışdır.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş ümummilli liderin adına Heydər Əliyev Mərkəzinin, Azərbaycanın dahi şairi və mütəfəkkiri Şeyx Nizami Gəncəvi muzeyinin və Gəncə Dövlət Filarmoniyasının tikintisi davam etdirilir.

 

Cavad xan 34, Atatürk prospekti, 264, 266 və digər ünvanlarda qəzalı vəziyyətdə olan yaşayış evləri sökülmüş, bu binalarda yaşayan sakinlər üçün müasir memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı 50 mənzilli yaşayış evinin təməli qoyulmuşdur.

 

Şəhərdə müntəzəm olaraq tarixi-mədəni abidələrin qorunması ilə əlaqədar görülən işlərdən biri də faşizm üzərində qələbəyə həsr olunmuş “Böyük Vətən Müharibəsi” abidə kompleksinin qısa vaxt ərzində əsaslı şəkildə yenidən qurulması və ətrafının abadlaşdırılmasıdır.

 

Yeni Gəncə yaşayış massivində yerləşən Novruz meydanı yenidən qurularaq, əsaslı təmir edilmiş və bayram ərəfəsində yaşayışçıların istifadəsinə verilmişdir.

 

Aparılan təhlil göstərir ki, əgər 8 ildən çox bir dövrdə şəhərdə 3-4 məktəbdə tam əsaslı təmir işləri aparılmışsa, yalnız bir ildə şəhərdə 21 məktəb və məktəbəqədər müəssisədə tam əsaslı təmir işləri aparılır. Onlardan 15, 30, 32 və 42 nömrəli məktəblər tam əsaslı təmir olunaraq, yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.

 

Həyata keçirilən bu və digər obyektlərdə aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərinin demək olar ki, hamısı yerli ustalar, fəhlələr tərəfindən görülür və onların sayı 800 nəfərə yaxındır.

 

Möhtərəm Prezidentinin 2011-ci il 13 dekabr tarixli “Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanuna müvafiq olaraq Gəncə şəhərində “Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilmişdir.

 

Çox minnətdarlıq hissi ilə qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il 5 iyun tarixli “Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı və Cavad xan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 km olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 manat vəsait ayrılmışdır.

 

Yeni yaradılmış qəsəbələrin mərkəzləri müəyyənləşdirilmiş, bütün infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır

 

Eyni zamanda bu qəsəbələrdə üç 640 şagird yerlik məktəbin, beş 140 yerlik və iki 280 yerlik məktəbəqədər tədris müəssisələrinin tikintisi nəzərdə tutulmuşdur.

 

Respublikanın ən səfalı guşələrindən biri olan və uzun illər abadlaşdırılmasına fikir verilməyən Hacıkənd qəsəbəsində hazırda geniş miqyasda tikinti, abadlıq-quruculuq işləri davam edir. Qəsəbədə kommunal infrastruktur - qaz, işıq, su və rabitə xətləri yenidən qurulur.

 

Qəsəbədəki böyük xeyriyyəçi Zeynalabdin Tağıyev adına parkda yenidənqurma işləri aparılır, yeni səki daşları qoyulur, bəzək işləri görülür, yeni yaşıllıqlar salınır.

 

Qəsəbədə 3 kilometrdən çox yol genişləndirilir, piyadalar üçün səkilər yenidən qurulur, yol kənarında 4 km uzunluğunda torpaq sürüşməsinin qarşısının alınması məqsədi ilə istinad divarları hörülür, sel suları təhlükə yarada biləcək yerlərdə iri diametrdə yeni borular quraşdırılır.

 

Hacıkəndin 5 küçəsində abadlıq işləri ilə yanaşı, 3 km uzunluğunda qəsəbədaxili işıqlandırma sistemi quraşdırılır, 40 ədəd bina əsaslı təmir olunur, binaların fasadları, dam örtükləri yeniləşdirilir.

 

5 hektara yaxın ərazidə yeni müasir Avtovağzal kompleksinin inşasına başlanılmışdır. Avtovağzal üç mərtəbəli olmaqla, sahəsi 3 min kv metr olacaq, sərnişinlərin rahatlığı üçün ana və uşaq, tibbi xidmət, ibadət otaqları, iaşə və ticarət obyektləri xidmət göstərəcəkdir. Eyni zamanda burada 4 mərtəbəli mehmanxananın və ticarət mərkəzinin inşası nəzərdə tutulur.

 

Əhalini narahat edən mənzil-məişət məsələlərinin həlli istiqamətində görülən işlər davam etdirilir, binaların 5 min 500 kv metrdən çox dam örtükləri təmir olunmuş, məhəllə və kvartallarda abadlıq, səliqə-sahman işləri aparılır.

 

Atatürk prospektinin M.A.Abbaszadə küçəsinin kəsişməsindən başlayaraq, onun Nizami prospekti ilə kəsişməsinə kimi olan ərazisində 8 çoxmərtəbəli binanın fasadlarının klassik memarlıq üslubunda, dam örtüklərinin metal keramiklə üzlənərək mansarda formasında yenidən qurulmasına başlanılmış və işlərin sürəti günü-gündən artmaqdadır.

 

Nizami prospektində geniş abadlıq-quruculuq işləri görülür, binaların fasadları qaydaya salınır, müasir üslubda yenidən qurulur. 3 min 500 kv metrə yaxın 8 kərpicdən qədim tikilinin və məhəllə hasarının bərpasına başlanılmışdır.

 

Prospektin darısqal, yol nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli olmayan yerləri genişləndirilir, evlər müasir üslubda yenidən qurulur.

 

Çoxmənzilli binalarda liftlərin işçi vəziyyətdə saxlanılması, onların vaxtlı-vaxtında təmiri və profilaktikası, yeniləri ilə əvəz edilməsi davam etdirilmişdir.

 

Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biri də şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidənqurulması ilə bağlıdır.

 

Şəhərin Nizami, Həsən Əliyev prospekti ilə P.Səmədov küçələrinin kəsişməsi, M.A.Abbaszadə, 28 May küçələri genişləndirilməklə yanaşı, səkiləri düzəldilir, tikililərin milli ornamentləri bərpa olunur, işıq sistemi yeniləşir.

 

F.Əliyev küçəsinin H.Əliyev prospekti ilə, V.Xuluflu küçəsinin Ş.İ.Xətai prospekti ilə kəsişməsinə qədər olan 6,5 km uzunluğunda yolun yenidənqurulması işləri davam etdirilir.

 

Nizami və N.Nərimanov prospektlərində, M.A.Abbaszadə, 28 May və Sənaye zonasının bəzi küçələrində 8 min 846 p/metr mozaika və qranit bordur daşları quraşdırılmışdır.

 

Heydər Əliyev, Ş.İ.Xətai, Nizami, N.Nərimanov prospektlərində, M.A.Abbaszadə və digər küçələrdə 22 min 150 kv metrdən çox tamet döşənmişdir.

 

Şəhərin “Novruz” meydanı, M.A.Abbaszadə, Əttarlar, Bayan küçələrində 2012-ci ilin birinci yarısında 240 ədəddən çox yeni işıqlandırıcı sistem quraşdırılmışdır.

 

Şəhərə giriş avtomobil yolları genişləndirilmiş, yaşıllıqların salınması, yeni müasir obyektlərin tikinti işləri davam etdirilir.

 

Şəhərdə yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, mühafizəsi, onlara aqrotexniki qaydada qulluq göstərilməsi daim diqqət mərkəzindədir.

 

Uzun illər yalnız şəhərin mərkəzi meydanı gül-çiçək və yaşıllığı ilə diqqəti cəlb edirdisə də, indi şəhərin küçə və prospektləri, park və xiyabanları göz oxşayır, rəngarəng çiçəklər, milli ornamentli güldan, buta, xalça rəmzli çiçəklərlə bəzədilir.

 

Bu gün on minlərlə çiçək “Xan bağı” və N.Nərimanov parklarını, Heydər Əliyev və Şah İsmayıl Xətai, Atatürk və Nizami prospektlərini, onlarla digər küçəni və skverləri bəzəyir.

 

Şəhər ərazisində 120 min ədəddən çox ağac, 60 minə yaxın dekorativ gül və çiçək əkilmiş, 9 ədəd yeni subartezian quyusu təmir olunaraq yaşıllıqların suvarılması üçün istifadəyə verilmişdir.

 

Qazon-çəmənlik sahələri genişləndirilmiş, ilin əvvəlindən 7,2 hektar yeni qazon salınmışdır.

 

Heydər Əliyev parkında, Nizami məqbərəsində və onun ətrafında əkilmiş ağacların suvarılmasında ənənəvi suvarma ilə yanaşı, ən tərəqqi üsuldan–damcılı suvarmadan istifadə edilir və bu üsuldan istifadə daha da genişləndiriləcəkdir.

 

Görülən bu işlərdə müəssisə, idarə və təşkilatlar, ayrı-ayrı fiziki şəxslər yaxından iştirak etmişdir. Həyata keçirilən bu tədbirlər şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına, insanların sağlamlığına və rahatlığına xidmət edir.

 

Qısa zaman kəsiyində Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.

 

Görülən işlərlə yanaşı 2012-ci ildə qarşıda bizi daha böyük, iri həcmli işlər gözləyir. Nəzərdə tutulmuş işlərin vaxtında və ancaq keyfiyyətlə yerinə yetirilməsinə səy göstərmək lazımdır.

NƏQLİYYAT, RABİTƏ VƏ İNFORMASİYA XİDMƏTİ SAHƏSİNDƏ

 

Şəhərdə aparılan quruculuq və yenilik bütün sahələri əhatə etdiyi kimi, nəqliyyat sektoruna da öz təsirini göstərməkdədir.

 

2012-ci ilin birinci yarısında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 36 milyon 898 manatlıq və ya ötən illə müqayisədə 1,6 faiz çox nəqliyyat xidmətləri göstərmişdir.

 

Avtomobil nəqliyyatı ilə yük daşınması 10,9 faiz, sərnişin daşınması 8,3 faiz artmışdır.

 

İctimai nəqliyyatdan istifadə edən sərnişinlərə təklif edilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə istismar müddətini keçmiş kiçik avtobusların yenisi ilə əvəz edilməsi cari ildə də davam etdirilmişdir.

 

Hesabat dövründə Cənubi Koreya istehsalı olan 11 ədəd “Hunday” markalı avtobus gətirilərək 1 №-li marşrut xəttinə buraxılmışdır. İlin sonuna kimi bu cür avtobusların sayının 100 ədədə çatdırılması nəzərdə tutulur.

 

Yeni avtobuslarda sərnişinlərin mənzil başına rahat getmələri üçün hər bir şərait vardır.

 

Müasir nəqliyyat infrastrukturuna uyğun olaraq elektron tablolu dayanacaqların quraşdırılması və marşrutlar üzrə optimal variantların seçilməsi sahəsində işlər aparılır.

 

Müasir nəqliyyat infrastrukturuna uyğun olaraq yaxın vaxtlarda elektron tablolu dayanacaqların quraşdırılmasına başlanılmışdır.

 

Görülən işlərlə yanaşı, “Gəncə 1 saylı Regional Nəqliyyat” MMC, sərnişin daşınması ilə məşğul olan müəssisələr marşrutlar üzrə nəqliyyatın intensivliyinə, tıxacların qarşısının alınmasına, avtobusların qrafikə uyğun hərəkətinə nəzarəti artırmalıdırlar.

 

Avtomobil nəqliyyatı vasitəsilə sərnişin daşınmasının strukturu, faizlə

 

Avtomobil nəqliyyatı vasitəsi ilə sərnişin daşınmasının 21,5 faizi hüquqi şəxslər, 78,5 faizi fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.

 

Avtomobillə yük daşınması bütövlükdə sahibkarlar tərəfindən həyata keçirilmişdir.

 

Dəmiryolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin birinci yarısı ilə müqayisədə 47,9 faiz artaraq 6 min 84 ton yük daşınmışdır.

 

Bu dövrdə orta hesabla gün ərzində 108,6 vaqon yüklənmiş, 107 vaqon boşaldılmışdır ki, bu da 2011-ci ilin birinci yarısı ilə müqayisədə müvafiq olaraq 48,8 faiz və 7,3 faiz çoxdur.

 

Gəncə Beynəlxalq Hava limanı ilin birinci yarısında hava nəqliyyatı ilə 73 min 717 nəfər sərnişin, 563,5 ton yük daşınmışdır.

 

Sərnişin daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz, yük göndərilməsi 11,0 faiz artmışdır.

 

Türkiyənin “Onur Air” avia şirkəti İstanbul-Gəncə - İstanbul marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

 

Hazırda Gəncədən Moskva, Sankt-Peterburq, Tümen və Naxçıvana uçuşlar yerinə yetirilir.

 

Şəhər iqtisadiyyatının bütün sahələrində olduğu kimi, rabitə sahəsində də inkişaf müşahidə edilmişdir.

 

2011-2012-ci illərin birinci rübündə rabitə müəssisələrinin göstərdikləri xidmətlərin həcmi

 

İnformasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin birinci yarısında 2 milyon 654 min manat, 2011-ci ilin birinci yarısında 2 milyon 132 min manat olmuşdur.

Göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz artmışdır.
Ümumi xidmətlərin 98,1 faizi Gəncə Telekommunikasiya rabitəsi müəssisəsinin payına düşmüşdür ki, bu da 2011-ci ilin müvafiq dövründən 17,0 faiz çoxdur.

Yanvar-iyun ayları ərzində 237 əlavə abonent stasionar telefon sabit şəbəkəsinə qoşulmuşdur.

1 iyul 2012-ci il tarixə hər 100 ailəyə düşən stasionar telefon aparatlarının sayı 92,9 ədədə çatmışdır. Bu da respublika göstəricisindən 38,7 faiz çoxdur.

Abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq Nizami prospekti, Şəddadilər, Ə.Əliyev, İ.Məmmədov, İ.Qayıbov, P.Səmədov və digər küçələrdə 20 km 160 metrdən çox hava rabitə xətləri yeraltı kabel kanalizasiya qurğuları ilə əvəz edilmiş, 2 km 114 metrdən çox yeni azbes boru yeraltına qoyulmuşdur.

Eyn zamanda bu işlər görülərkən 103 ədəd yeni rabitə lyuku inşa edilmiş və 336 ədəd ağac dirəklər ləğv edilmişdir.

İri yaşayış ərazilərində geniş zolaqlı internet xidmətlərinin təşkili istiqamətində işlər davam etdirilmiş, 254-255 saylı ATS-lərin hər birində internet xidmətləri göstərmək üçün 32 portluq ADSL, 256-257 saylı ATS-lərdə isə 48 portluq DSLM avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.

Hesabat dövründə ADSL-dən 2 min 954 abonent istifadə edir ki, onlardan da 2 min 608 abonent yeni nəsil (NGN) şəbəkəsinə, 346 abonent isə DSLM-ə qoşulmuşdur.

Şəhərdə 6 internet xidməti provayderi və 96 internet-klub fəaliyyət göstərir. 6 ay ərzində 11 min 520 nəfər İnternet xidmətindən istifadə etmişdir.

2012-ci ilin yanvar-iyun aylarında universal poçt xidmətləri üçün infrastruktur yaradılması işləri davam etdirilmişdir.

 

Ticarət və xidmət sahəsi

Pərakəndə ticarət dövriyyəsinin həcmi 7,1 faiz artaraq 294,1 milyon manat təşkil etmişdir.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin səviyyəsini 13,8 faiz üstələyərək 120,8 milyon manata çatmışdır.

Pullu xidmətlərin 16,7 faizi hüquqi şəxs statusuna malik sahibkarların fəaliyyəti nəticəsində yaranmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artmışdır.

Hesabat dövründə hər bir şəhər sakini orta hesabla 375,1 manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 65,6 manat çox pullu xidmətdən istifadə etmişdir.

Pərakəndə ticarət dövriyyəsinin 99,4 faizi, pullu xidmətlərin 87,5 faizi, iaşə xidmətinin 99,8 faizi sahibkar─hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.

Pərakəndə əmtəə bazarının təşkilati strukturu, faizlə

Pərakəndə əmtəə bazarının 0,5 faizini dövlət ticarəti, 2,5 faizini özəl müəssisələr, 8,0 faizini yarmarka və bazarlar, 89,0 faizini hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər təşkil edir.

Pərakəndə əmtəə dövriyyəsinin mülkiyyət növlərinə görə strukturu, faizlə

Pərakəndə əmtəə dövriyyəsinin 99,5 faizi qeyri-dövlət, 0,5 faizi isə dövlət bölməsinin payına düşür.

Pərakəndə əmtəə dövriyyəsinin quruluşunda ərzaq mallarının xüsusi çəkisi 60,9 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi 39,1 faiz olmuşdur.

Əhalinin pul gəlirləri, əmək haqq, sosial təminatı

 

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar aidiyyəti idarə və müəssisələr bu sahədə müəyyən tədbirlər həyata keçirirlər.

2012-ci ilin birinci yarısında şəhər əhalisinin gəlirləri özündən əvvəlki illə müqayisədə 27,4 faiz artaraq 654 milyon 629.3 min manat təşkil etmişdir.

Onun adambaşına düşən həcmi isə 2032,2 manat və ya ayda orta hesabla 127,0 faiz artmışdır.

Ölkədə bütün sosial məsələlər öz həllini tapmaqdadır. Əhalinin güzəranı ildən-ilə yaxşılaşır.

Şəhər üzrə pensiyaçıların ümumi sayı 43 min 410 nəfər olmaqla, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələri tərəfindən ümumi sayı 1 min 951 nəfər fiziki və hüquqi şəxs məcburi dövlət sosial sığortasına cəlb olunmuşlar.

Orta aylıq pensiyanın məbləği 150 manata yaxındır.

Hesabat dövründə 9 min 116 nəfərə 3 milyon 36 min manat məbləğində sosial müavinət, 1 min 336 nəfərə Azərbaycan Respublikasının qarşısında xidmətlərə görə 810 min 930 manat təqaüd verilmişdir.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 15,7 faiz artmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-də bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq edilmişdir.

Ölkə başçısının 3 may 2011-ci il tarixli “1941-1945-ci illər” müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncamına əsasən 706 nəfərə birdəfəlik maddi yardım çatdırılması təmin edilmişdir.

Bunlardan 54 nəfəri bilavasitə Böyük Vətən Müharibəsi iştirakçılarıdır və sərəncama əsasən onların hər birinə 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir.

Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı” və ona edilən əlavələr nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.

Nəticədə respublikada yoxsulluğun səviyyəsi 9,0 faizdən 7,6 faizə qədər azalmışdır.

Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Kəpəz Rayon şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılmış, ətraf ərazidə abadlaşdırma işləri aparılır.

Hazırda şəhərdə 4 min 350 ailə ünvanlı dövlət sosial yardımı alır.

2012-ci ilin 6 ayı ərzində 2 min 590 ailə ünvanlı sosial yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir.

Bunlardan 2 min 524 ailəyə sosial yardım təyin olunmuşdur ki, bu da aztəminatlı ailələrin yaşayışına əhəmiyyətli dərəcədə kömək deməkdir.

Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 116 manat təşkil etmişdir.

Bu, 2006-cı ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir.

Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin və 25 yerlik sosial sığınacağın tikintisinə başlanılacaqdır.

 

Vətəndaşlara pensiya, ünvanlı dövlət sosial yardımı və sosial müavinətlərin təyinatı və ödənilməsi vaxtında təmin olunmaqla, plastik kartlarla bankomatlar vasitəsi ilə tam ödənilmişdir.

 

Şəhid ailələrinə, Qarabağ əlillərinə, məcburi köçkünlərə diqqət, qayğı və mənəvi dayaq daim ön planda olmuşdur.

 

Bu qəbildən olan vətəndaşlarla mütəmadi görüşlər keçirilir, problemləri öyrənilir, onların həllində köməklik göstərilir.

 

İlin əvvəlindən 30-dan çox şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə, həmçinin aztəminatlı ailələrə təmənnasız mərasim xidmətləri göstərilmişdir.

 

Yeni Gəncə yaşayış massivində 9 mərtəbəli 81 mənzilli yaşayış binasının inşası davam etdirilir.

 

Vətənimizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan 49 naməlum əsgər olmaqla, 367 şəhidin uyuduğu məzarlar vahid formada qara mərmərdən düzəldilmiş, Gəncə şəhidinin “Şəhidlər” Memorial Kompleksində işlər davam etdirilir, əzəmətli, monumental abidə ucaldılır.

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 25 ha sahədə yaşayış şəhərciyi salınacaqdır.

 

Bayramlarda və əlamətdar günlərdə məcburi köçkün ailələri 150 min manata yaxın bayram sovqatı ilə təmin edilmişlər.

 

Bu dövrdə məcburi köçkünlər bütün kommunal xidmətlərdən pulsuz istifadə etmişlər.

 

Vergi, büdcə, maliyyə, bank

Bu ilin birinci yarısında proqnozlaşdırılmış vergi üzrə tapşırığa 104,8 faiz əməl edilməklə, 12 milyon 631,7 min manat vəsaitin büdcəyə ödənilməsi təmin edilmişdir.

Bu dövrdə şəhər büdcəsinin yerli gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artaraq, 11 milyon 961 min manat təşkil etmişdir.

Şəhər büdcəsinin məxarici 22 milyon 158 min manat təşkil etmişdir.

Aparılan təhlil göstərir ki, xərclərin 69,2 faizini, (15 milyon 337 min manatı) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir.

Büdcə xərcləri ilkin olaraq əmək haqqına, əmək haqqına üstəlik pensiya və başqa sosial müavinət və ödənişlərə, dərman və ərzaq alınmasına yönəldilmişdir.

Şəhərin bank və qeyri-bank kredit təşkilatları 2012-ci ilin birinci yarısında hüquqi və fiziki şəxslərə 107 milyon 967 min manat kredit vermişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon 878 min manat çoxdur.

Kreditlərin 98,0 faizi, yəni 105 milyon 562 min manatı qeyri-dövlət kredit təşkilatları tərəfindən verilmişdir.

Kredit təşkilatları tərəfindən verilən kreditlərin 42,0 faizi uzunmüddətli olmuşdur.

İlin birinci yarısında əhali banklara etibar edərək 15 milyon 410 min manat pul əmanəti qoymuşdur.

Əhali ilə nağdsız hesablaşmaların aparılması, POS-terminalların quraşdırılması istiqamətində görülən işlər hesabat dövründə də davam etdirilmişdir. Hazırda şəhərdə 95 bankomatdan, 348 POS-terminaldan istifadə edilir. Bankomatların və terminalların tətbiqi genişləndirilməkdədir.

 

Məşğulluq

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhər Məşğulluq Mərkəzi tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir.

2012-ci ilin birinci yarısı ərzində şəhərdə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 152,3 min nəfər təşkil etmişdir. Bu ötən illə müqayisədə 1,2 faiz çoxdur.

Onlardan 42,0 min nəfəri və ya 27,6 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olur.

2011-ci illə müqayisədə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 1,0 faiz artmışdır.

Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət edən 504 nəfər vətəndaşdan 385 nəfəri və ya 76,4 faizi müxtəlif sahələrdə işlə təmin edilmişdir.

İş axtaranlardan 46 nəfəri işsiz kimi qeydiyyata alınmış, onlardan 37 nəfərinə isə işsizlik müavinəti ödənilmişdir.

Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və köməkliyi ilə keçirilən “Əmək yarmarkası”ında işaxtaranlara 94 müəssisədən 750 boş iş yerləri təklif olunmuş və ondan 225 nəfəri, o cümlədən 92 qadın işlə təmin edilmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetində məzun və tələbələrin Əmək bazarına inteqrasiyası “Karyerada ilk addım” yarmarkası keçirilmişdir.

Yarmarkaya çıxarılan 850-ə yaxın vakant iş yerindən 500-nü kənd təsərrüfatı sahəsi əhatə etmiş, 737 nəfər məzuna ixtisasına uyğun müxtəlif sahələrdə işləmək üçün göndəriş vərəqəsi verilmişdir.

Şəhər Məşğulluq Mərkəzi bundan sonra da işsizlərin məşğulluğunun təmin edilməsi istiqamətində səylərini daha da səfərbər etməlidir.

Sahibkarlıq

Həyata keçirilən iqtisadi islahatlar milli sahibkarlığın inkişafına təkan vermiş, iqtisadiyyatın inkişafında onun rolunu artırmışdır. Sahibkarlar sinfinin formalaşması üçün dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişaf etdirilməsi Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin prioritet məsələlərindəndir.

Şəhərdə yerli sahibkarlığın inkişafına xidmət göstərən münbit biznes şəraiti yaradılmaqla, onlara daima qayğı, diqqət göstərilir. Bu sahədə forumlar, seminarlar, konfranslar keçirilir.

Şəhərin ən qabaqcıl və modern infrastrukturla təmin edilməsi ilə yanaşı, iqtisadi imkanların və mövcud potensialın səfərbər olunması, yeni müəssisələrin tikintisi, iş adamları üçün əlverişli şəraitin yaradılması şəhər İcra Hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri olmaqla, daima diqqət mərkəzində saxlanılır.

Sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Gəncədə 86 sahibkara 2 milyon 352 min manat məbləğində güzəştli kreditlər verilmişdir.

Sənayenin inkişafı ilə bağlı verilmiş güzəştli kreditlər hesabına 120 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin uğurla icrası nəticəsində 6 ay ərzində 1279 yeni, o cümlədən 1103 daimi iş yeri açılmışdır.

 

Ümumilikdə isə 2003-cü ilin oktyabrın 1-dən 2012-ci ilin iyul ayının 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 25 min 221, o cümlədən 21 min 971 daimi iş yerləri yaradılmışdır.

 

Sahibkarlığın inkişafına yönəldilmiş məqsədyönlü siyasət nəticəsində 2012-ci ilin 1 yarısında ümumi daxili məhsulun 67,9 faizini qeyri-dövlət sektoru, sənayenin 61,6 faizini, tikintinin 12,2 faizini, ticarətin 99,5 faizini, avtomobillə sərnişin daşınmasının 100,0 faizini özəl sektorlar təşkil edir.

İNFRASTRUKTURUN YAXŞILAŞDIRILMASI

Şəhərdə vətəndaşların əmək məşğulluğu və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi ilə yanaşı, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində də əməli tədbirlər həyata keçirilir.

 

Enerji təminatı sahəsində

 

Şəhər energetikləri istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu istiqamətdə müəyyən işlər görmüşlər.

“Gəncə Regional Elektrik Şəbəkəsi” MMC ötən müddət ərzində 330 kV-luq “Gəncə” yarımstansiyasında 3 ədəd 330 kV-luq hava açarı müasir tipli eleqaz açarları ilə, 11 dəst cərəyan transformatoru isə İOSK-362 tipli yenisi ilə əvəz olunmuşdur.

110/35/6 kV-luq “Gəncə-1” yarımstansiyasında 110 kV-luq 5–ci və 6-cı Gəncə və “Melixor-1” hava elektrik verilişi xəttində yeni müasir tipli eleqaz açarı quraşdırılmışdır.

Yüksək gərginlikli 35 kV-luq “Toxucu” və “Gəncəçay” hava elektrik xətlərinin 1 km-ə yaxın hissəsi kabel xətti ilə əvəz olunmuş və bu işlər davam etməkdədir.

2011-ci ildən alçaq gərginlikli - 0,4 kV-luq elektrik şəbəkəsində aparılan yenidənqurma işləri bu ilin əvvəlindən də davam etdirilir.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 22 alçaq və yüksək gərginlikli yarımstansiyada və transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılmış və bu sahədə işlər davam etdirilir.

Elektrik şəbəkəsində aparılan yenidənqurma işləri nəticəsində şəhərin ayrı-ayrı küçələrində 25 min 315 metr SİP kabel, 12 min 690 metrdən çox koaksial kabel çəkilmişdir.

Eyn zamanda 10/6/4 kV-luq şəbəkədə 1 min 100 ədədə yaxın yeni metal boru dayaqları quraşdırılmış və 35,5 km-dən çox SİP kabel xətti isə yeni elektrik dayaqlarına köçürülmüşdür.

Hesabat dövründə istehlakçıların işlətdikləri elektrik enerjisinin uçotunun aparılması üçün 242 ədəd “Smartkart” tipli, o cümlədən 30 ədəd üç fazlı sayğac quraşdırılmışdır.

Hesabat dövründə 6,5 kilometr uzunluğunda müxtəlif gərginlikli yeni hava və kabel elektrik xətti çəkilmiş, 1,2 kilometri isə yenisi ilə əvəz olunmuşdur.

Elektrik şəbəkəsində görülən əsaslı və təmir işlərinə 62,2 min manat vəsait xərclənmişdir.

Gəncə-Bakı yolunun kənarı 35/10/6 kV-luq Gəncə-1, 110/10 Kv-luq AKTA və 35/6 kV-luq Gəncəçay yarımstansiyalarından çıxan müvafiq olaraq 6 kV-luq 3-cü şəhər, 10 kV-luq Y/M-2, M.Abbaszadə küçəsi, 6 kV-luq 8-ci şəhər (M.Abbaszadə küçəsindən Xan bağına qədər) və 6 kV-luq Mehmanxana-1 və 2 hava xətlərinin 200 metrlik hissəsi hava verilişi xətti ilə əvəz edilmişdir.

Cari ilin ikinci yarısında 44 transformator məntəqəsi cari və əsaslı təmir edilmiş, 2 km yaxın uzunluğunda yeni hava və kabel elektrik verilişi xətləri çəkilmiş, 1 ədəd 160 kV-luq KTP tipli transformator məntəqəsi quraşdırılmışdır.

2012-ci ilin birinci yarısında istehlakçılar tərəfindən istifadə olunan elektrik enerjisinin dəyəri 98,4 faiz, o cümlədən əhali üzrə 107,1 faiz təşkil etmişdir.

Şəhər Elektrik Şəbəkəsi istehlakçıların etibarlı elektrik enerjisi ilə təminatı istiqamətində apardıqları işlərlə yanaşı, elektrik enerjisinin dəyərinin ödənilməsinin təmin edilməsində əməli tədbirlər həyata keçirməlidir.

Təbii qaz təminatı sahəsində

Şəhər İcra Hakimiyyətinin xüsusi diqqət yetirdiyi mühüm məsələlərdən biri də şəhər əhalisinin təbii qazla tam təminatı, mövcud qaz şəbəkəsinin yenidən qurulmasıdır.
 

Keçidlər