Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində 91 min ağac əkildi

07 may 2014 | 15:00

Təməlində böyük məhəbbət, sonsuz həvəs olan nə varsa göz oxşayan, uzunömürlü olur. Gəncənin yaşıl libasına vurulan hər yaşıl ilmə – şam, xan çinar, küknar ağacları həm müasir, həm də tarixini yaşadan bu ulu şəhərə bir özgə gözəllik, əzəmət bəxş edir.

Xan çinar gözəldir. Lakin qışın sərt sazağında varlığını qoruyaraq yamyaşıl görünən şam ağacları insanların həyat sevincini artırır, onlara xoş bir ovqat bəxş edir. Bu gün Gəncə həm başdan-başa yenidən qurulur, həm də zümrüd libası ilə fəxr ediləsi bir məkana çevrilir.
Aprel ayının 11-dən başlayan ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə kampaniyası ulu öndərin adını daşıyan park-kompleksindən start götürmüşdü.
Kompaniya çərçivəsində şəhərin Göygöl istiqamətində 5 min, Şəmkir yolu istiqamətində 7 min, Yevlax istiqamətində isə 7 min 500 şam və çinar  ağacı əkilib. Aksiya zamanı ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb.
Həmçinin ərazilər  alaq otlarından təmizlənib və əvvəllər basdırılmış tinglərə də aqrotexniki qulluq göstərilib.
Aksiya elə bu gün, may ayının 6-da ümummilli liderin anadan olmasının 91-ci ildönümü ərəfəsində 91 mininci ağacın əkilməsi ilə yekunlaşdı.
91 mininci şam ağacını əkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi ki, hər zaman yamyaşıl, təravətli görünən bu şam ağacı gəncəlilərin ulu öndər Heydər Əliyevə sonsuz məhəbbətinin təzahürü kimi fəsildən-fəsilə adlayacaq, bu əbədi sevgini nəsillərdən-nəsillərə ərməğan edəcəkdir.

Keçidlər