Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak ediblər.

08 may 2014 | 15:00

Heydər Əliyev park-kompleksində təşkil edilmiş konsertdə müğənnilər iki saata yaxın davam edən çıxışları zamanı ən hit mahnılarını ida ediblər. Hadisəylə

Mustafa Ceceli sonda Azərbaycan xalqına sürpriz ediblər. Belə ki, onlar musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan "Sən elə bir zirvəsən" mahnısını ifa ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəhbərliyi atəşfəşanlıq sədalarında səsləndirilən bu mahnını ayaq üstə alqışlayıblar.

Konserti Gəncə şəhəri və ətraf rayonlardan gələn 200 000 dən cox insan canlı izləyib.

 

Keçidlər