Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Şəhər İcra Hakimiyyətində keçirilən qəbuldan vətəndaşlar razı qaldıqlarını bildirdilər

17 may 2014 | 15:00

 Qəbula gələn sakinlərin demək olar əksəriyyətinin problemi həll edilmiş, bir qism vətəndaşın müraciəti isə nəzarətə götürülmüşdür.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov  qəbula gələnləri şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə dinləyərək problemlərinin həlli üçün aidiyyatı orqanların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qarabağ müharibəsi əlili Zakir Əliyev və Xanım Məhərrəmovanın torpaq məsələləri ilə bağlı müraciətləri müsbət həll olunduqdan sonra Solmaz Məhərrəmovanın yaşadığı Yeni Gəncə yaşayış sahəsində liftlərin pis vəziyyətdə olması ilə bağlı şikayəti də dinlənilmişdir. Ona bildirilmişdir ki, artıq bu məsələ öz həllini tapmaqdadır. Keçən ildən şəhərdəki çoxmərtəbəli binalarda liftlərin yenisi ilə əvəz olunmasına başlanılmışdır və bu problemin ilin sonunadək həll edilməsi nəzərdə tutulmuşdur.
Osman Hacıyev 1-ci qrup əlildir. Nə zamandır ki, maddi sıxıntı ona Gülüstan qəsəbəsində aldığı torpaq sahəsində tikinti aparmağa imkan vermir. Ulduz Əliyeva isə şəhid ailəsidir. Nəvəsinə toy etmək üçün icra hakimiyyətindən kömək istədi. Hər iki vətəndaşa yardım ediləcəyi bildirildi. Şəhid ailəsi olan Rəbiyyə Əliyevanın isə tibbi əməliyyat üçün vəsaitə köməklik göstərilməsi xahişi həll edilməsi üçün nəzarətə götürüldü.
Ümumilikdə 80 nəfərədək vətəndaşı qəbul edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov demək olar, onların qaldırdıqları problemlərin bir çoxunu həll etdi. Vətəndaşlar ümumilikdə qəbuldan razı qaldıqlarını bildirdilər.

Keçidlər