Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşları qəbul etmişdir

22 may 2014 | 15:00

100 nəfərədək sakini qəbul edən icra başçısı onların hər birini ayrıca dinləyərək arzu və təklifinə uyğun olaraq müvafiq göstərişlər vermişdir. Qəbula gələnlər əsasən ev təmirinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, işlə təminat və eləcə də qaz və lift təsərrüfatı ilə bağlı müraciətlərdən ibarət olmuşdur. Bir qrup şəhid ailəsi, həmçinin Qarabağ müharibəsi əlilləri maddi yardım üçün müraciətlər etmiş və onların  istəkləri müsbət həll olunmuşdur.

Mehman Məmmədov Qarabağ müharibəsi əlilidir. Onun sağlamlığının bərpası üçün sanatoriyaya göndəriş üçün müraciəti müsbət həll olundu. Qarabağ müharibəsi əlili Mahmud Abbasova ticarət obyekti üçün torpaq sahəsinin ayrılmasına göstəriş verildi. Milli Qəhrəmanın oğlu, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu İlham Əliyev və Gəncə Dövlət Universitetinin məzunu Nigar Həsənli işlə təmin edildilər.
Qəbulda minnətdarlıq edənlər də olmuşdur. Mariya Abdullayeva, Həvayət Sadıqova, İmran Qasımov və başqaları şəhərdə əhalinin rahatlığı üçün yaradılan şəraitə görə ölkə rəhbərinə, eləcə də şəhər icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirmişlər.
Ümumiyyətlə, qəbula gələn vətəndaşların demək olar böyük əksəriyyətinin arzu və istəyi təmin edilmişdir.

Keçidlər