Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Görkəmli rejissor Vaqif Şərifovun 70 illik yubileyi qeyd edilmişdir

24 may 2014 | 15:00

Bu münasibətlə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında görkəmli teatr xadiminin yubiley gecəsi keçirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram Teatrının birgə təşkil etdikləri yubiley gecəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Vaqif Şərifovun keçdiyi sənət yolundan söhbət açmış, onun bir ziyalı, bir sənət adamı kimi Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərdən danışmışdır.Qeyd etmişdir ki, Vaqif Şərifov öz rejissorluq istedadı ilə Gəncənin ictimai-mədəni həyatında da yaxından iştirak edir. O, həmçinin keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə klassiklərimizin əsərlərinin meydan tamaşasını məharətlə hazırlamaqla Azərbaycan mədəniyyətini, incəsənətini çox dəyərli bir şəkildə təqdim edə bilir.
Sonra Elmar Vəliyev ölkə başçısının sənət adamlarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq iki otaqlı mənzilin açarlarını, eləcə də qiymətli hədiyyələri yubilyara təqdim etmişdir.
Yubiley gecəsində Vaqif Şərifovun yetirmələri, həmçinin onunla çiyin-çiyinə çalışan sənət dostları və ziyalılar çıxış edərək görkəmli rejissoru 70 yaşı münasibətilə təbrik etmiş, ona cansağlığı və sənətdə yeni uğurlar arzulamışlar.
Tanınmış incəsənət ustaları – əməkdar artistlər Zöhrə Abdullayeva, Teymur Əmrah, Elza Seyidcahan və Gəncənin tanınmış müğənniləri maraqlı konsert proqramı ilə yubilyara təbriklərini çatdırmışlar.
Axırda Vaqif Şərifov çıxış edərək respublikamızda mədəniyyətin inkişafına, onun nümayəndələrinə göstərdiyi diqqət və qayğıya görə  Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmiş, yubileyin təşkilatçılarına isə xoş arzularını bildirmişdir.

Keçidlər