Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

28 may Respublika Günü münasibətilə Gəncə şəhərində bir sıra tədbirlər keçirildi.

29 may 2012 | 15:00

28 may 2012-ci il tarixdə Gəncə şəhərində Respublika gününün 94-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Demokratik Cümhuriyyəti liderlərinin yaşamış olduqları binada onların xatirəsinə həsr olunmuş barelyeflərin önünə gül dəstələri qoyulmuş, Xan bağı mədəniyyət və istirahət parkında Yaşıl teatrda bayram tədbiri keçirilmişdir. Eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetinin baş binasında Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz varlığımızdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Bakı şəhərindən Modern.az saytı və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının rəhbərliyi ilə16 KİV nümayəndəsi iştirak etmişdir.

Keçidlər