Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

39 SAYLI ORTA MƏKTƏBDƏ KEÇİRİLƏN SON ZƏNG MƏZUNLARIN YADDAŞINDA DAİM YAŞAYACAQDIR

01 iyun 2014 | 15:00

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə təmir edilmiş məktəbdə keçirilən “son zəng”ə valideynlərlə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri də toplaşmışdılar.
Dövlət himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək orta məktəbi bitirərək müstəqil həyata qədəm qoyan gəncləri təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamış, qüdrətli Azərbaycana layiq vətəndaşlıq nümunəsi göstərməyi tövsiyə etmişdır.
  Sonra məktəbin direktoru Nizami Rzayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Afət Cəmilova, valideynlərdən Kəmalə İsmayılova çıxış edərək bu əlamətdar günün məktəbə əlvida deyən məzunların yaddaşında daim yaşayacağını qeyd etmiş, onlara həyatın sınaqlarından daim alnıaçıq, üzüağ çıxmağı arzulamışlar.
Tədbirdə qeyd edilmişdir ki, hazırda məktəbdə 2 min 54 şagirdin təlim-tərbiyəsi ilə 178 müəllim məşğul olur. Hər il bu təhsil ocağının məzunları qəbul imtahanlarında yüksək göstəricilərə nail olurlar. Məktəbin məzunlarından 5 nəfəri qəbul imtahanlarında 660-dan yuxarı bal topladıqlarına görə prezident təqaüdünə layiq görülmüşdür. Bu il məktəbin 11-ci sinfini 115 nəfər, 9-cu sinfini isə 185 nəfər şagird bitirəcəkdir. Həmin məzunlardan 3 nəfəri Qızıl medala namizəddir.
İcra başçısı sonra çoxnövçülük üzrə respublika birinciliyinin qalibi, məktəbin məzunu Anar Abuzərov, fənn olimpiadasında və sınaq imtahanlarında yüksək bal toplayan Elxan Aslanov, Röyal İsayev və Sənan Yusibova fəxri fərmanlar təqdim etmişdir.
Tədbirin sonunda “son zəng” çalınmış, tədbir iştirakçılarının alqışları altında məzunlar yeni  müstəqil həyata  yola salınmışlar.

Keçidlər