Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ASİYA İNKİŞAF BANKININ VİTSE-PREZİDENTİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ İŞGÜZAR GÖRÜŞ KEÇİRMİŞDİR

08 iyun 2014 | 15:00

Söhbət zamanı Vançay Yanq demişdir ki, Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə bir çox sahələr, o cümlədən, yol-nəqliyyat, energetika və digər infrastruktur layihələrin həyata keçirilməsində əməkdaşlıq edir. Əsasən regional layihələrin icrasına üstünlük verən Asiya İnkişaf Bankı bu əlaqələri gələcəkdə də genişləndirmək fikrindədir və bu baxımdan Gəncəyə ilk səfərinin məqsədi də elə budur. Gəncə dairəvi yolun çəkilişini maliyyələşdirən bankın vitse-prezidenti onu da əlavə etmişdir ki, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması layihəsini həyata keçirərkən ən çox diqqət kəndlərin əhalisi nəzərə alınır. Xüsusən çəkilmiş magistral yolların ətrafında yaşayan fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının ixrac edilməsində bu yollar mühüm əhəmiyyət daşıyır ki,  bu da ölkə əhalisinin dayanıqlı inkişafının təmin edilməsində mühüm amillərdəndir. Hazırda bir çox sahələr üzrə layihələrin icrası məqsədilə Azərbaycan Hökuməti ilə məsləhətlər aparıldığını diqqətə çatdıran Asiya İnkişaf Bankının vitse-prezidenti Vançay Yanq demişdir ki, yaxın zamanlarda əsasən kənd yollarının təmiri və çəkilişinə daha çox diqqət yetiriləcəkdir. Bundan başqa hazırda Gəncə-Gürcüstan magistral yolunun ikinci hissəsinin çəkilişi ilə əlaqədar da Azərbaycan Hökuməti ilə danışıqlar aparılır.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanda, eləcə də Gəncə regionunda görülən işlərə görə Asiya İnkişaf Bankının rəhbərliyinə minnətdarlıq etmiş və bir neçə məsələ ilə bağlı məsləhətləşmələr aparmışdır. Elmar Vəliyev Gəncə dairəvi yoldan Samux rayonu ərazisinədək olan məsafədə yerləşən kənd və qəsəbə sakinlərinin ehtiyaclarının nəzərə alınaraq magistral yolun yenidən qurulmasını xahiş etmişdir. Bank təmsilçisi bu işin həlli üçün əlaqədar nazirliklərlə məsləhətləşmələr aparacağını diqqətə çatdırmışdır.
Görüşün sonunda Asiya İnkişaf Bankının vitse-prezidentinə Gəncədən xatirə olaraq dahi Nizami Gəncəvinin ingilis dilində “Xəmsə”si və üzərində portreti olan xalça hədiyyə edilmişdir.

Keçidlər