Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib

27 iyun 2014 | 15:00

Bayram tədbirində hərbi hissənin komandiri çıxış edərək əlamətdar gün münasibətilə şəxsi heyəti və qonaqları təbrik etmiş, respublikamız müstəqillik qazandıqdan sonra dağınıq dəstələrdən ibarət olan Azərbaycan Ordusunun yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dövründə müasir tələblər səviyyəsində qurulduğunu, peşəkar bir orduya çevrildiyini diqqətə çatdırıb. Komandir qeyd edib ki, indi Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini gündən-günə artıraraq daim inkişaf edir.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin və ictimaiyyət nümayəndələrinin təbrikindən sonra Gəncə Şəhər İcra Hakimiyyəti adından hərbi hissəyə 10 ədəd elektrik genaratoru hədiyyə edilib.
Bayram tədbiri Gəncə Dövlət Filarmoniyasının “Göygöl” mahnı və rəqs ansamblının çıxışları ilə davam etdirilib.

Keçidlər