20 yanvar faciəsinin 23-cü il dönümünün anım mərasimi.
Gəncə şəhərinin idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Gəncədəki yeni salınmış Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirilib.
“Şəhidlər” Memorial Kompleksində Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə şəhidlik zirvəsinə ucalan 49 naməlum əsgər olmaqla, 368 şəhidin uyuduğu məzarlar tamamilə vahid formada qara mərmərdən düzəldilmiş, onların şərəfinə 22 metr hündürlüyündə, 9,2 diametrdə 8 guşəli əzəmətli monumental abidə ucaldılmışdır. Kompleksdə aparılan işlər zamanı 2400 kv metr tamet döşənmiş, 6350 p/metr bordur qoyulmuş, 1308 p/metr asfalt ətrafı səki daşları düzülmüş, yaşıllaşdırma ilə əlaqədar 1100 kub metr torpaq daşınaraq 1200 kv metr qazon salınmış, 1400 ədəd ağac, 6000 ədəd gül-çiçək kolu əkilmişdir. Memorial kompleksin işıqlandırılması məqsədi ilə transformator məntəqəsindən 1500 metr uzunluğunda yeni işıq xətti çəkilmiş, 2 ədəd paylayıcı qutu quraşdırılmış, 33 ədəd 5 metrlik və 6 ədəd 9 metrlik işıq dirəyi, 4 ədəd projektordan istifadə edilmişdir. Monumental abidədə məşəlin yanması üçün 340 metr uzunluğunda qaz xətti çəkilmiş, 1 ədəd qaz tənzimləyici qurğu quraşdırılmışdır.
Giriş hissədə 150 min kv metr torpaq daşınaraq avtomobil maşınları üçün dayanacaq düzəldilmiş, uzunluğu 12,5 metr, hündürlüyü 5 metr olan 3 tağlı giriş darvazası inşa edilmişdir. Bundan əlavə tikinti işlərində 2 min kv metr üzlük aqlay daşından və 1082 kv metr qara mərmərdən istifadə edilmişdir.
Abidə milli forma olan 8 bucaq əsasında qurulmuş və piramidal 8 bucaqlı örtüklə tamamlanmışdır. Azərbaycan xatirə abidələrinə xas olan elementlər yeni üslubun vəhdətində işlədilmişdir. Fasadlarda Atabəylər və Şirvanşahlar Azərbaycan dövlətlərinin dövrünə aid şə-bəkə və naxışlardan istifadə olunmuşdur. İnteryerdə günbəz altı hissədə stalaktid kəmər, künclərdə nəbati naxışlardan istifadə olunmuşdur.