Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti oruc tutanlar üçün iftar süfrəsi təşkil edib

24 iyul 2014 | 15:00

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov və YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək müqəddəs Ramazan bayramı münasibətilə bütün müsəlmanları təbrik ediblər. Qeyd ediblər ki, ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycanda uzun illər dini ayinləri və mərasimləri gizli icra edən mömin insanlara indi dini etiqad azadlığı verilmişdir. İstər ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev bu sahədə uğurlu siyasət apararaq ölkədə uzun illər insanların baxımsız qalmış inanc yerlərinə qayğı ilə yanaşaraq onların bərpası istiqamətində məqsədyönlü işlər görmüşlər. Vaxtilə sökülüb dağılmış və başqa məqsədlərlə istifadə olunmuş məscidlər bərpa edilərək mömin insanların ixtiyarına verilmişdir. Ölkə başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa və yenidənqurma işləri aparılan İmamzadə ziyarətgahında görülən işlərdən danışan natiqlər yaxın vaxtlarda dini kompleksin yeni görkəmdə insanların ixtiyarına veriləcəyini bildirdilər.

Sonra şəhərin din xadimləri Qurani-Kərimdən ayələr və oruc duaları oxudular. Tədbirdə iştirak edən insanlar bol nemətlərdən dadıb, bugünkü firavan həyata görə dövlət başçısına dualar etdilər və tezliklə işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasını arzuladılar.

Keçidlər