Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Müraciətlər həllini tapır

31 iyul 2014 | 15:00

Bunu biz Gəncənin timsalında da aydın şəkildə görürük. Son 3 ildə şəhərin görkəmi tamamilə dəyişmiş, yeni iş yerləri açılmış, genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi nəticəsində işıq, qaz xətləri, su və kanalizasiya sistemləri yenidən qurulmuşdur. Sürətlə təmir edilən və genişləndirilən yollar, rahat səkilər, istifadəyə verilən ən müasir mədəniyyət ocaqları, məktəb və bağçalar sözsüz ki, sakinləri narahat edən problemlərin həlli deməkdir.

Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərin mövzularına, növlərinə, həmçinin vətəndaşların hansı kateqoriyası tərəfindən yazıldığına diqqət yetirərkən məlum olur ki, əvvəlki illərdən fərqli olaraq indi vətəndaşların şəxsi problemlərindən daha çox yaşadıqları şəhərin problemləri düşündürür. Onlar öz müraciətlərində yaşadıqları şəhərlə fəxr etdiklərini, Gəncəyə və gəncəlilərə göstərdiyi diqqətə, qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirir, Prezidentin gördüyü nəcib və xeyirxah işlərdən böyük sevinc duyduqlarını ifadə edirlər.
YAP Gəncə şəhər Təşkilatı qərargahında vətəndaşların növbəti qəbulunda İcra Hakimiyyəti başçısının müavinləri, müəssisə və idarə rəhbərləri, məsul şəxslər iştirak etmişlər. Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov qəbulda iştirak edənləri Ramazan bayramı münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Qəbulda əsasən təbii fəlakətin doğurduğu fəsadların aradan qaldırılması ilə bağlı müraciətlər, işlə təminat məsələləri yer almışdır. Təranə Məmmədova, Qəmər Məmmədova, Asim Əsgərovun evlərinin dam örtüyünün təmiri ilə bağlı müraciətləri dinlənildi və bildirildi ki, tezliklə həmin problem aradan qaldırılacaqdır. Ordubadi küçəsinin sakini Arzu Hüseynova isə təbii fəlakətin törətdiyi fəsadın aradan qaldırılmasında köməyə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirdi. Sevinc İlyaszadə şəhid ailəsidir. Onun evlə bağlı müraciəti dinlənildi və izah edildi ki, yeni tikilən binada evlə təmin olunacaqdır. Elçin Cəfərov isə universitet məzunudur. Onun işlə bağlı müraciəti də öz müsbət həllini tapdı.
Növbəti qəbulda da sakinlərin şikayət və müraciəti diqqət və həssaslıqla dinlənildi. Qaldırılan bir çox məsələlər yerindəcə həllini tapdı. Vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsi üçün müvafiq təşkilatlara tapşırıqlar verildi.

Keçidlər