Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Xaçmaz və Qusar məktəblilərini hərarətlə qarşıladı

10 avqust 2014 | 15:00

Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın girəcəyində ucaldılmış Zəfər tağı qarşısında böyük qonaqpərvərliklə və hərarətlə qarşılanan aksiya iştirakçılarını şəhər rəhbərliyi adından icra başçısının müavini Sevda Qurbanəliyeva salamladı. Daha sonra qonaqlar qarşısında çıxış edən AMEA-nın Gəncə Bölməsininn akademik katibi, akademik Fuad Əliyev Gəncədə həyata keçirilən abadlıq və yenidənqurma işləri haqqında məlumat verdi. O, qeyd etdi ki, xaçmazlı və qusarlı şagirdlər Azərbaycanın necə sürətlə inkişaf etdiyini burada olduqları 4 gün müddətində Gəncənin timsalında daha aydın görəcəklər. Dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan və 450 hektar sahəsi olan parka heyranlıqla tamaşa edən Xaçmaz və qusarlı məktəblilər burada amfiteatr, müasir incəsənət muzeyi, Gənclər kafesi, əyləncə mərkəzləri ilə də tanış oldular. Bundan başqa məlumat üçün onlara bildirildi ki, parkdakı  Zəfər tağı dünyada mövcud olan 64 tikilidən biridir və onun ətrafında yaradılmış alleya şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri yerdir.
Ulu öndərin abidəsini ziyarət edən məktəblilər abidə önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular. Qonaqlara ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, eləcə də mərkəz və  onun fəaliyyət istiqamətləri barədə ətralı məlumat verildi. Bildirildi ki, iki il müddətinə inşa edilən bu nəhəng tikilidə bütün şəhər sakinləri böyük həvəs və məhəbbətlə iştirak ediblər. İndi onlar mərkəzi tez-tez ziyarət edir, burada Heydər Əliyevin Gəncənin, ümumilikdə Azərbaycanın inkişafı naminə göstərdiyi misilsiz xidmətləri bir daha minnətdarlıqla yada salırlar.
Bu gün avqustun 11-də Xaçmaz və Qusardan olan şagirdlər Gəncənin görməli yerlərinə, eləcə də tarixi abidələrinə ekskursiyalarını davam etdirirlər.

Keçidlər