Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Atatürkü anma, Gənclik və İdman Günü keçirilib.

20 may 2022 | 14:34

19 may 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 19 May - Atatürkü anma, Gənclik və İdman Günü keçirilib.

Xan Bağında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə qonaqlar Xan Bağında təşkil olunan Gəncə Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin  rəsm əsərlərinə baxış keçirib, müxtəlif idman oyunlarına tamaşa ediblər.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin torpaqlarının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zeki Öztürk çıxış edərək hər il 19 May tarixində qeyd olunan Atatürkü anma, Gənclik və İdman Gününün tarixindən danışıb. O qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur.

Rəsmi hissədən sonra bayram konserti başlayıb. Konsertdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalan qrupunun, Gəncə Uşaq Evinin sakinlərinin, "Gəncə Qönçələri" rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solistlərinin, Əməkdar artist Mehparə Cəfərovanın, solist Pərvanə Rzayevanın,yeniyetmə müğənni Şəhriyar Əliyevin  və digər istedadlı şəxslərin bir-birindən maraqlı rəqsləri və musiqiləri tamaşaçıların zövqünə oxşayıb.  Bununla yanaşı, tədbirdə  Azərbaycanda təhsil alan türk gənclərinin çıxışları və yerli tələbələrin ifasında şeirlər səsləndirilib.  

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər