Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəli məktəblilərin arzuları gerçəkləşdi

19 avqust 2014 | 15:00

 Ən çox sevinənlər isə şagirdlər idi. Çoxdan arzuladıqları gün gəlmişdi. İndiyədək kitablarda oxuduqlarını, televiziya vasitəsilə seyr etdiklərini indi öz gözləri ilə görəcəkdilər.

Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışaraq dedi ki, bu günün gəncliyi xoşbəxtdir. Çünki onun hərtərəfli inkişafı, dünyagörüşünün formalaşması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dövlətimizin başçısı daim gəncləri düşünür və sabahın qurucuları olan bu yeniyetmələrin hərtərəfli böyüməsi üçün diqqət və qayğı göstərir. Elə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya da bu qayğının bir nümunəsidir. 
Gəncə şəhər Təhsil idarəsinin rəisi Zakir Hüseynov çıxış edərək dedi ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkənin bütün bölgələrini tanımalıdır. Bu tur-aksiyanın müsbət cəhətləri çoxdur. Ekskursiya zamanı şagirdlər həm bölgəni tanıyacaq, həm onun insanları ilə, adət-ənənəsi ilə maraqlanacaq, həm də özlərinə çoxlu dost tapacaqlar.
Təhsil idarəsinin rəisi maraqlı bir açıqlama da verdi. Dedi ki, qərara gəlmişik ki, yeni dərs ili başlayanda “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya iştirakçıları arasında inşa yazı müsabiqəsi keçirək və ən yaxşı yazıları mükafatlandıraq.
Sonra valideynlər, tur-aksiyanın iştirakçıları olan şagirdlər ürək  sözlərini söylədilər. Dedilər ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya hər bir məktəblinin, hər bir valideynin ürəyincədir və buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdardırlar.
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra  iştirakçıların xeyir-duası ilə 40 nəfər şagirdin və 5 nəfər müşaiyətçinin  daxil olduğu qrupun üzvləri onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya yola düşdülər.

Keçidlər