Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəli məktəblilər Quba, Qusar və Xaçmazdan xoş təəssüratla qayıtdılar

22 avqust 2014 | 15:00

 “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu ilə tur-aksiyada iştirak edən gəncəli məktəblilər doğma şəhərlərinə qayıdırdılar.

Qarşılanma mərasiminə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva başda olmaqla ictimaiyyət nümayəndələri, müəllimlər, eləcə də valideynlər toplaşmışdı. Çox çəkmədi ki, bütün şagirdlər onlar üçün ayrılan xüsusi avtobusdan düşərək xorla “Azərbaycan” mahnısını ifa etdilər. Əlində saz tutan balaca məktəbli isə el havaları səsləndirərkən meydanda istirahət edən digər gənclər də qrupun üzvlərinə qoşularaq rəqs etdilər. Hamının üzündən sevinc, doğma yurda məhəbbət oxunurdu.
Qrup rəhbəri, 31 nömrəli orta məktəbin tədris işləri  üzrə direktor müavini Elçin Qurbanov səfərin nəticələri ilə əlaqədar dedi ki, uşaqlar 4 gün bu əhval-ruhiyyə ilə respublikamızın şimal bölgəsini – Quba, Qusar və Xaçmazı səyahət etdilər. İnanın ki, şagirdlərin sevincinin həddi-hüdudu yoxdur. Onlar tur-aksiya zamanı hər xırda detalı belə öyrənməyə çalışırdılar. Axşamlar isə keçirilən intellektual yarışlarda iştirak edir, bilik və qabiliyyətlərini nümayiş etdirirdilər. Gördüyünüz o kuboku da Mingəçevir qrupu ilə keçirilən intellektual oyunda qazandılar. Bir sözlə, məktəblilərimiz şimal bölgəsində unudulmaz anlar yaşadılar. Bütün bunlara görə isə tur-aksiyanın təşəbbüskarı olan ölkə başçımız İlham Əliyevə minnətdarıq.
Qrup rəhbərinin sözlərinə qoşulan 16 nömrəli orta məktəbin X sinif şagirdi Elgün Cəfərov da sevincini gizlətmədi. O, bu tur-aksiyada Qubada, Qusarda və Xaçmazda gördüklərini rəfiqələrinə, eləcə də sinif yoldaşlarına həvəslə danışacağını bildirdi.
Məktəblilər onlara bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra tur-aksiya iştirakçıları kollektiv şəkildə ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını göstərdilər.

Keçidlər