Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Avropa Gənclər Forumunun nümayəndə heyəti Gəncədə rəsmi səfərdə olublar

29 avqust 2014 | 15:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qəbul edərək salamlayıb. Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini dövlət başçısı İlham Əliyevin Azərbaycanda aparılan gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən Elmar Vəliyev sonra şəhərdə aparılan hazırlıq işlərindən danışıb. Qeyd edib ki, hazırda şəhərdə inşa edilən Gənclər Mərkəzində son tamamlama işləri görülür. 2016-cı ilədək bir çox layihələrin icrası üçün hazırlıq işlərinə başlanılıb. Artıq bir çox investorlar müxtəlif təkliflərlə müraciət ediblər.

Görüşdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç çıxış edərək bildirdi ki. o, iki il öncə Gəncədə olmuşdur. Bu müddət ərzində burada böyük dəyişikliklər baş verib. Xüsusilə gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, gənclərin hər bir təşəbbüsü şəhər İcra Hakimiyyəti tərəfindən dəstəklənir.
Sonra səfərin məqsədini açıqlayan Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç demişdir ki, nümayəndə heyətinin üzvləri səfər müddətində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin institutlaşması ilə bağlı müzakirələr aparacaq, Gəncə Avropa Gənclər Paytaxtı 2016 çərçivəsində görülmüş işlərin monitorinqinin keçiriləcək, Avropa Gənclər Paytaxtı ilində öyrənilmiş dərslər və yeni təcrübələrin bölüşdürülməsi, Gəncədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyəti, Avropa Gənclər Paytaxtı 2016 ilə əlaqədar keçirilən tədbirlərdə onların yeri və rolu, gələcək planlar və yeni ideyalar, birgə layihələrlə  əlaqədar fikir mübadilələri aparacaqlar.
Görüşdə Gəncədə fəaliyyət göstərəcək Gənclər Mərkəzinin gələcəkdə Avropa Şurasının Gənclər Mərkəzi statusunun əldə edilməsi ilə bağlı müzakirələr də aparılmış, Avropa Gənclər Paytaxtları Şəbəkəsi tərəfindən bu statusun əldə olunması məqsədilə irəli sürüləcək  bəyannamə ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Avropa Gənclər Forumunun baş katibi Alan Pall, 2012 Braqa şəhərinin gənclər sektorunun rəhbəri De Sousa Santos Carlos Manuel, Saloniki şəhərinin gənclər və idman idarəsinin rəisi, Saloniki Avropa Gənclər Paytaxtı 2014 komitəsinin rəhbəri Papaioannou Çaralampos, Klij Napoka şəhərinin Avropa Gənclər Paytaxtı 2015 komitəsinin rəhbəri Floran Mihai Paul və başqaları çıxış edərək gəncəli gəncləri gələcəkdə Avropa Gənclər Forumu ilə əlaqələrinin genişləndirilməsi üçün daha fəal olmağa səsləmiş, onları gələcək layihələrin icrasında görmək arzusunda olduqlarını bildiriblər.
Görüşün sonunda Avropa Gənclər Forumunun prezidentinə və nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Görüşdən sonra Avropa Gənclər Forumu nümayəndələrinin RAMADA plaza otelində şəhər gəncləri ilə görüşü keçirilib.

Keçidlər