20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
20 sentyabr 2026 | 08:59
20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Bu əlamətdar tarix 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi mühüm vəzifə kimi dayanıb. 2020-ci il Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün böyük hissəsi bərpa edilib, 2023-cü il sentyabrın 20-də isə dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması ilə bu tarixi proses başa çatıb.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib.
Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqillik və dövlətçilik tarixində mühüm yer tutur, milli həmrəyliyin və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir.
Dövlət suverenliyimiz əbədi və sarsılmaz olsun!






