Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Neftçala və Salyan məktəbliləri də Gəncəyə heyranlıqlarını bildirdilər

29 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Neftçala və Salyan rayonlarından olan iştirakçıları avqustun 28-də ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış Zəfər tağının qarşısında mehribanlıqla qarşılandılar.

Zəfər Tağı haqqında şagirdlərə məlumat verildikdən sonra Gəncə ilə ilk tanışlıq möhtəşəm Heydər Əliyev Mərkəzində davam etdirildi.

Bildirildi ki, burada fəaliyyət göstərən Heydər Əliyev muzeyi Ulu Öndərin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirir. Muzeydə bələdçilər tərəfindən dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri ilə yanaşı, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat verildi. Daha sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə yaxından tanış olan aksiya iştirakçıları, orada fəaliyyət göstərən 10D sinemaya maraqla baxdılar.

Mərkəzlə yaxından tanış olan məktəblilər burada xatirə şəkli çəkdirdikdən sonra Heydər Əliyev parkının ərazisini gəzdilər.

Avqustun 29-da Neftçala və Salyan məktəblilərinin Gəncə ilə tanışlığı davam edib. Əvvəlcə dahi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edən şagirdlər burada şairin əlyazmalarına, eləcə də həmin dövrün eksponatlarına baxıblar. Nizami muzeyinə ekskursiya edən şagirdlər burada dahi şairin dövrünü əks etdirən eksponatlara böyük maraqla baxdılar. Şəhərin giriş qapısı olan qala divarları arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olan şagirdlərə Gəncənin qədim tarixi barədə məlumat verilib.

Sonra şəhər mərkəzinə gələn məktəblilər Şah Abbas məscidini ziyarət etdilər, “Çökək hamam”da nümayiş olunan tətbiqi incəsənət əsərlərindən ibarət sərgiyə baxdılar. Onlar, həmçinin xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət etdilər.
Şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından olan “Xan bağı” Neftçala və Salyan məktəblilərinin də xoşuna gəldi. Onlar burada bir neçə saat dincələrək, həmyaşıdları ilə söhbət etdilər və özlərinə dostlar qazandılar.

Keçidlər