Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Şirvan və Ağsu məktəblilərinin qərb bölgəsinə tur-aksiyası başladı

01 sentyabr 2014 | 15:00

Hər iki qrupun üzvləri Heydər Əliyev park-kompleksində inşa edilmiş Zəfər tağı qarşısında mehribanlıqla qarşılandılar. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva çıxış edərək məktəblilərə Gəncə haqqında, eləcə də tur-aksiya müddətində ekskursiya ediləcək yerlər haqqında qısa məlumat verdi. Sonra şəhərlə tanışlıq Heydər Əliyev Mərkəzində davam etdirildi. Şagirdlər burada ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Məlumat verildi ki, mərkəz dörd mərtəbəlidir və binanın fasadında böyük peşəkarlıqla işlənən milli  memarlıq elementləri diqqəti cəlb edir. Bina səkkizbucaqlı sütunlarla əhatə olunub. Mərkəzi hissədə quraşdırılmış günbəzdə Azərbayca¬nın xəritəsi təsvir olunub.

Məktəblilər Heydər Əliyev Mərkəzinin guşələrini gəzərək dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən şəkillərə baxdılar.
Qrup rəhbəri, Şirvan şəhər Təhsil Şöbəsinin əməkdaşı Niyazi Nəcəfov Gəncədən aldığı ilk təəssüratı belə ifadə etdi: “Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, eləcə də bölgələrin müasir inkişafını görmək hər birimiz üçün çox vacibdir. Xüsusilə yetişməkdə olan gənc nəslin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün bu tur-aksiya əvəzsiz tədbirdir. Bu gün Azərbaycanın qədim məskənlərindən olan Gəncədəyik. Bu, bizi çox sevindirir. 4 gün ərzində Gəncə ilə yanaşı, Şəmkir və Göygöldə də olacaq, maraqlı ekskursiyalar edəcəyik. Buna görə aksiyanın təşəbbüskari olan ölkə başçımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Keçidlər