Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Bilik günü” Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

15 sentyabr 2014 | 15:00

15 sentyabr “Bilik günü” Mir Cəlal Paşayev adına Gəncə şəhər 39 nömrəli tam orta məktəbin kollektivi üçün ikiqat bayram olub. Belə ki, məktəbin binası əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilib.

Məktəbin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllim və tələbə kontingenti iştirak edib. Açılış mərasimində çıxış edən məktəbin direktoru Nizami Rzayev bildirib ki, 2014-2015-ci tədris ilində 39 nömrəli tam orta məktəbdə 2.070 nəfər şagird təhsil alacaq. Onlara 185 nəfər müəllim elm-bilik öyrədəcək.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov çıxışında vurğulayıb ki, məktəb binasının yenidən qurulması, yüksək səviyyədə tərtibat, kitabxana, idman zalı, akt zalı və fənn kabinetləri, laboratoriyalar şagirdlərin biliyinin artırılmasına xidmət edir. Açılış mərasimində çıxış edən müəllimlər, şagird və valideynlər yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıq bildiriblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 2015-ci ilin sonuna kimi Gəncədə bütün məktəblər əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcək. Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev daha sonra qeyd edib ki, hazırda Gəncənin bir çox məktəblərində əsaslı təmir işləri aparılır.
Dövlət Proqramına uyğun olaraq 4 nömrəli məktəb üçün 1000 yerlik, 39 nömrəli məktəb üçün 1.200 yerlik yeni tədris korpusunda inşaat işləri davam edir. 3 peşə liseyi yeni görkəmə salınır. İcra başçısı bildirib ki, hazırda 3 uşaq baxçası yenidən qurulur. 12 uşaq baxçasının isə əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.
Rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və qonaqlar  sinif otaqları, fənn kabinetləri, loboratoriyalar, kitabxana, idman zalı, psixoloq və tibb otağı, həmçinin bufetlə tanış olublar. Məktəbdə yaradılan şərait şəhər rəhbəri tərəfindən yüksək qiymətləndirilib.
İlk dərslərin gedişatını işləyən icra başçısı şagirdlərlərin biliklərini də sınağa çəkib. Onlarla sual cavab edib və şagirdlərə məsləhətlərini verib.

Keçidlər