Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Milli Musiqi Günü Gəncənin Heydər Əliyev adına park-kompleksindəki amfiteatrda Almaniyanın nəfəsli kvarteti maraqlı proqramla çıxış edib

19 sentyabr 2014 | 15:00

Dörd min nəfərə yaxın tamaşaçı burada Milli Musiqi Gününə həsr edilmiş konserti izləyib.

Gəncə Şəhər İcra Hakimiyyəti və “Aznur” MMC-nın təşkilatçılığı ilə təşkil olunmuş konsertdə Almaniyanın “Arirang” nəfəsli alətlər kvinteti maraqlı proqramla çıxış edib. Konsertdən əvvəl Azərbaycan dövlətinin ölkəmizdə  musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açılıb, bu sahədə böyük uğurlar qazanıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təbliğ olunur. Xüsusilə Azərbaycanın professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları geniş əks-səda doğurur.
Sonra Sakura Kindznisin, Monika Şnayderin, Yörg Şnayderin, Stefen Dilnerin və Sebastian Şindlerin daxil olduqları nəfəsli orkestrin ifasında maraqlı musiqi nömrələri səsləndirilib.
Böyük alqışlarla keçən konsertin sonunda tamaşaçılar çıxış edərək maraqlı musiqi nömrələri üçün Almaniyanın incəsənət ustalarına minnətdarlıqlarını bildiriblər.
Konsertdə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Volfqanq Mossinger də iştirak edib.

Keçidlər