Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə daha bir uşaq bağçasının açılışı olub

31 yanvar 2013 | 16:00

Gəncə şəhərində yerləşən 3 №-li körpələr evi uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra valideyn və uşaqların istifadəsinə verilib. Müasir tələblərə uyğun tam yenidən qurulan bu tədris ocağının açılış mərasiminə şəhər rəhbərliyi ilə yanaşı ziyalılar, təhsil, mədəniyyət işçiləri qatılıblar. Möhtəşəm və yaraşıqlı olan körpələr evi-uşaq bağçasında 9 qrup var və 175 uşaq tərbiyə alır. Yeni təmir olunmuş bağçada uşaqların tərbiyəsi və inkişafı üçün hər bir şərait yaradılıb. Beləki bağçanın həyətində futbol və basketbol meydançaları, 7 yay çardağı inşa edilib. Binanın daxilində gigiyenik və Avropa standartlarına uyğun mətbəx, yeməkxana, yataq otaqları, qrup otaqları, tibbi mərkəz və orta tutumlu akt zalı mövcuddur. Uşaqların intellektual səviyyəsini artırmaq və onların asudə vaxtlarından səmərəli istifadəsi üçün qrup otaqları müxtəlif invertarlarla və oyuncaq-konstruktorlarla təchiz olunublar. Qeyd edək ki, bundan sonrada belə Avropa standartlarına tam uyğun bağçaların yaradılması davam edəcəkdir.

Keçidlər