Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Koreya Respublikasının Azərbaycandakı səfiri Soi Suk-in Gəncədə səfərdə olmuşdur

26 sentyabr 2014 | 15:00

Gəncə Şəhər İcra Hakimiyyətində mehribanlıqla qarşılanan səfirlə dəyirmi masa arxasında keçirilən görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkələrimiz arasında mövcud olan iqtisadi, mədəni və diplomatik əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışmış, hər iki ölkə başçısının tarixi səfərlərinin səmərə verdiyini diqqətə çatdırmışdır.

Koreya Respublikasının Azərbaycandakı səfiri Soi Suk-in səmimi və mehribanlıqla qarşılandığı üçün minnətdarlığını bildirərək qeyd etmişdir ki, bu  onun Gəncəyə ikinci səfəridir və aradan qısa vaxt keçməsinə baxmayaraq şəhərdə böyük dəyişikliklərin şahidi olmuşdur. Bu da onu göstərir ki, Azərbaycanın digər bölgələri kimi Gəncə də sürətlə inkişaf edir. Gəncə ilə Koreyanın hər hansı bir şəhəri ilə qardaşlaşmasının vacibliyini vurğulayan koreyalı diplomat bunun Azərbaycanın qədim şəhəri ilə əlaqələrin  genişlənməsində əhəmiyyəti rol oynayacağına əminlik ifadə etmişdir.
Səfir diqqətə çatdırmışdır ki, Azərbaycanla Koreya arasında 22 ildir ki, diplomatik əlaqələr movcuddur və bu əlaqələr durmadan genişlənir. Ötən bu müddət ərzində hər iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin daha da genişlənməsinin nəticəsidir ki, təmsil etdiyi ölkənin şirkətləri bir sıra nəhəng layihələrin icrasında iştirak etmişlər. Buna misal olaraq Yevlax-Gəncə avtomobil yolunu göstərən səfir belə layihələrin bundan sonra da həyata keçirilməsinin vacibliyindən danışmışdır.
Səfir Soi Suk-in şəhərimizə səfərinin məqsədinin Gəncədə məskunlaşan Kəlbəcər məktəbliləri ilə görüşərək, keçiriləcək inşa yazı və rəsm müsabiqəsində iştirak etmək və qalibləri mükafatlandırmaq olduğunu bildirmişdir.
Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfirə dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap edilmiş əsərlərini və Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi münasibətilə hazırlanmış xatirə hədiyyələrini təqdim etmişdir.
Koreyanın səfiri sonra Gəncədəki qaçqın şəhərciyində məskunlaşan kəlbəcərli məcburi köçkün ailəsində olmuşdur.

Keçidlər