Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

IV BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN İŞTİRAKÇILARINDAN BİR QRUPU GƏNCƏDƏ OLUB

03 oktyabr 2014 | 15:00

Gəncə Beynəlxalq hava limanında böyük qonaqpərvərliklə qarşılanan dünyanın görkəmli elm və dövlət xadimləri, Nobel Mükafatı Laureatları şəhər mərkəzinə gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuşlar.
Sonra qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət  etmişlər. Şairin 870 illik yubileyi ərəfəsində məqbərə ətrafında görülən yenidənqurma işləri ilə tanış olan forum iştirakçıları Nizami muzeyində şairin dövrünü əks etdirən eksponatlara baxmış, xatirə kitabına ürək sözlərini yazmışlar.
Şəhərlə tanışlığı Şah Abbas məscidində, Cavad xan türbəsində, Çökək hamam tarixi-memarlıq abidəsində davam etdirən forum iştirakçıları Gəncədə keçmişlə müasirliyin vəhdətində görülən işlərə heyranlıqla tamaşa etmişlər.
Şəhərlə yaxından tanış olan IV Bakı Beynəlxalq Forumunun iştirakçıları Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər. Heydər Əliyev Mərkəzində təşkil olunmuş konfransdan əvvəl qonaqlar mərkəzlə yaxından tanış olmuş, burada ulu öndərin həyat və siyasi fəaliyyətini, həmçinin dünyanın müxtəlif ölkələrində keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxmışlar.
Konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq IV Bakı Beynəlxalq Humanitar Forumunun nümayəndələrini salamlamış və bu mötəbər tədbirin yüksək səviyyədə keçməsində göstərdikləri fəallığa görə minnətdarlığını bildirmişdir. Sonra Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrlə bağlı Gəncədə görülən işləri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, bir çox xarici ölkələrin arxivlərindən şairin əlyazmalarının surətləri gətirilib. Şairin heykəli ucaldılıb. Həyat və fəaliyyəti ilə bağlı muzey yaradılıb. Adına istirahət parkı salınıb. Əsərləri nəfis şəkildə çap edilib.
Sonra Vazehşünas alim Akif Bayramovun “Mirzə Şəfi Vazeh yaradıcılığının tədqiqi məsələləri”, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyevın “Millətlər və mədəniyyətlərarası dialoq” mövzularında məruzələri dinlənilib.
Konfransda Macarıstanın Zeged Universiteti orta əsr araşdırmalar şöbəsinin müdiri İştvan Zimoni, Tacikistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat, Şərqşünaslıq və Yazılı İrs İnstitutunun professoru, tarix elmləri doktoru xanım Lola Dodxudoyeva, ABŞ-ın Kaliforniya Universitetinin Slavyan, Şərqi Avropa və Avrasiya Tədqiqatları üzrə kitabxanasının elmi işçisi Liladhar R.Pends, Özbəkistanın Milli Universitetinin professoru Hamidullah Baltabayev çıxış edərək Mirzə Şəfi Vazeh irsinin tədqiqi və araşdırılması istiqamətində həyata keçirdikləri işlərdən danışmışlar. Bununla da konfrans öz işinə yekun vurmuşdur.

Keçidlər