Gəncə şəhərində tələbə və gənclərlə növbəti görüş keçirilmişdir.
Gəncə Olimpiya İdman Kompleksində, şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin iştirakı ilə keçirilən növbəti gənclərlə görüşə ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr qatılmışdırlar. Görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək ulu öndərin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərdən danışmışdır. Dahi liderin başladığı bu işin özündən sonra da hörmətli cənab prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirmişdir. İcra Hakimiyyəti başçısı Elmar Vəliyev 2012-ci ildə Azərbaycanın Gənclər Paytaxtı seçilən Gəncənin, 2016-cı il üçün Avropa Gənclər Paytaxtı müsabiqəsində də iştirak etməyə hazırlaşdığını bildirdi. Sonra söz tələbələ və gənclərə verildi. Tələbə və gənclərdə dövlət gənclər siyasəti proqramının Gəncədə də çox uğurla həyata keçirildiyini bildirdilər. Daha sonra tələbələr tərəfindən qaldırılan təklif və problemlərinin bir neçəsi yerindəcə həllini tapdı, bəziləri ilə bağlıda aidiyyatı üzrə idarə və təşkilatlara tapşırıqlar verildi. Qeyd edək ki, görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşmışdır.