Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Aşura günü qan vermək savab iş sayılır

04 noyabr 2014 | 16:00

Gəncədə Aşura günü tibbi ehtiyacı olanlar üçün qan verilməsi aksiyası hər il olduğu kimi, bu il də böyük mütəşəkkilliklə başladı. Qan bankına gələn şəhər sakinləri qan vermək üçün növbəyə durmuşdular. Həkim nəzarətindən keçən və sağlamlığı qənaətbəxş olan hər kəs qan verə bilirdi.

Abil və Gülnarə Hacıhəsənovlar bu aksiyada hər il iştirak etdiklərini bildirdilər. Bağmanlar yaşayış sahəsinin sakini Elşad Verdiyev dedi ki, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq islamda bəyənilməyən hərəkətlərdən sayılır. Bunun əvəzinə Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib işdir. Odur ki, mən Qan bankına gəlmişəm. Çini qablar zavodunun işçisi Güldanə Bağırova dedi ki, ehtiyacı olanlara qan verməkdən savab nə ola bilər? Baxın, bu növbəyə durub qan vermək istəyənlər də mənimlə həmfikir olanlardır. Qəndab Xanımalıyevanın 58 yaşı var. O, qan vermək üçün gəldiyini bildirdi və qeyd etdi ki, burada işlər çox yaxşı təşkil olunub. Hər kəsə həssaslıq və qayğı ilə yanaşırlar. Qan verənlərə şokolad, çay, kofe və digər şirniyyat növləri təklif olunur.
Qeyd edək ki, bu mühüm aksiyanı mütəşəkkil keçirmək üçün əvvəlcədən hazırlıq görülüb. 15 nəfərdən ibarət tibbi heyət qan verənlərə tibbi xidmət göstərir. Mərkəzi Qan Bankının Gəncə bölməsinin baş həkimi Tahirə Məmmədova bildirdi ki, saat 11-ə kimi 70 nəfər qan verib və gələnlərin sayı olduqca çoxdur.

Keçidlər