Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə daha bir yeni inzibati bina istifadəyə verildi

05 fevral 2013 | 16:00

Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə ərazi idarəsinin yeni inzibati binasının aşılısı olub. Açılışda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib. Mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar. Bildirilib ki, müasir standartlara uyğun inşa edilən inzibati bina günün tələblərinə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. Qeyd edək ki, binada elektron növbəlilik sistemi və qeydiyyat prosesinin daha çevik, operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemidə mövcutdur. Bundan başqa, idarə ərazisində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı müvafiq izahedici, o cümlədən dövlət büdcəsinə ödəniləcək xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Daha sonra qonaqlar idarə yaxınlığında yaşayan sakinlərlə görüşüb. Sakinlər qonaqları salamlayaraq şəhərdə son dövürlər görülən geniş yenidənqurma işləri üçün ölkə başçısına dərin təşəkkürlərini bildiriblər. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovda son illərdə Gəncədə gedən quruculuq abadlıq işlərindən söz açıb.

Keçidlər