Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə şəhər rəhbərliyi hər ay olduğu kimi növbəti dəfədə, şəhərin sakinləri ilə görüş təşkil edib

28 fevral 2013 | 16:00

Şəhər sakinləri ilə keçirilən tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və idarə müəssisə rəhbərləri qatılıblar. 500-nəfər yerli sakinin qatıldığı tədbirdə, onları narahat edən problemləri səsləndiriblər. Müraciətlər mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq həyətyanı torpaq sahəsinin ayrılması eləcədə mənzil-məişət problemlərini əhatə edib. Bundan əlavə vətəndaşlar bəzi hündürmərtəbəli binaların dam örtüyünün dəyişdirilməsi və qəzalı mənzillərin təmir olunmasını təklif edib. Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən bildirilən müraciətləri dinləyərək aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlər şəhər İcra hakimiyyəti başçısı tərəfindən yerindəcə həllini tapıb. Ümumilikdə tədbirə qatılan bütün sakinlər öz istək və arzularını səsləndirə biliblər. Görüşdə iştirak edən sakinlər onlara yaradılan belə şəraitə, diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Keçidlər