“Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri Gəncədə konsert verdi
Azərbaycanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri Gəncə şəhərində olub, maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib.
Konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, klassik musiqisevərlər iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq, bütün gəncəlilərin yüksək bayram əhval-ruhiyyəsində, böyük coşqu və sevinc içərisində olduqlarını bildirib. Ölkə başçısının 24 dekabr doğum günü münasibətilə şəhərdə möhtəşəm tədbirlərin keçirildiyini deyib. Heydər Əliyev adına Park-Kompleksdə simvolik olaraq 53 min ağac əkildiyini, Təhsil İdarəsinin inzibati binasının istifadəyə verildiyini, bayram atəşfəşanlığı ilə bir-birinin ardınca möhtəşəm konsertlərin keçirildiyini diqqətə çatdırıb.
Sonra Üzeyr Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazı Tağızadənin, Arif Məlikovun, Vasif Adıgözə¬lo¬vun, Fərhad Bədəlbəylinin, klassik Azərbaycan və Avropa bəstəkar¬ları¬nın əsər¬lərindən parçalar səsləndirilib. İstedadlı gənc musiqiçi, Prezident təqaüdçüşü Fuad İbrahimovun dirijorluq etdiyi musiqi əsərləri tamaşaçılar tərə¬fin¬dən alqışlarla qarşılanıb.
Beynəlxalq Muğam müsabiqəsinin laureatı Güllü Muradovanın, Beynəl-xalq müsabiqələr laureatı Aytac Şıxızadənin, Azərbaycan Respublikasının əməkdar artisti Aydan Salamovanın ifası tamaşaçılara xoş ovqat bəxş edib.
Sonda şəhər rəhbərliyi tərəfindən Fərhad Bədəlbəyliyə və Yeganə Axundovaya hədiyyələr təqdim olunub.