Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

27 fevral 2013 | 16:00

25 fevraldan Gəncə şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Təhsil müəssisələrində dərslərin 1-ci saatı Xocalı soyqırımına həsr olunub. Həmçinin şəhərin təhsil, mədəni-maarif və digər müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər çərçivəsində mühazirələr, ədəbi-bədii kompozisiyalar, rəsm, kitab sərgiləri təşkil olunub, Xocalı faciəsinin şahidləri ilə görüşlər keçirilib, rəssamların faciəyə həsr olunmuş əsərlərinin və bu mövzuda çap olunmuş kitabların sərgisi təşkil edilib. Daha sonra Nizami və Kəpəz rayon İcra Hakimiyyətləri başçısı aparatının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocalıların məskunlaşdıqları Texniki kollecin tələbə yataqxanasında və 1 nömrəli Peşə liseyində tədbirlər keçirilib, 42 nəfər şəhid ailəsinə maddi yardım göstərilib. Şəhərin təhsil, mədəni-maarif və digər müəssisələrində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdə ümumi iştirakçıların sayı 30000 nəfərdən artıq olub.

26 fevralda Hacıkənd qəsəbəsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Xocalı şəhidlərinin xatirəsinə 400 nəfərlik ehsan süfrəsi açılib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev faciənin ildönümünə yığışan xocalılarla görüşüb, yaşayış tərzi və sosial problemləri ilə maraqlanıb və onlarla birgə ehsan süfrəsində əyləşib və bu soyqrıma dünyanın ədalətli qiymət verəcəyinə əmin olduğunu bildirib.

Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçıların sayı 1000 nəfərdən çox olub.

26 fevralda Gəncə şəhər İcra Hakimiyyətinin konfrans zalında tarixçi alimlərin, şəhər ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Keçidlər