Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş marafon keçirilib.

14 mart 2015 | 16:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Ordu ilə xalq birdir” devizi altında bədii-təşviqat marafonu keçirilib.

 

Tədbir Gəncənin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Müdafiə Nazirliyi rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, eləcə də şəhər ictimaiyyəti nümayəndələri abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra tədbir Böyük Vətən müharibəsində həlak olmuşların xatirəsinə ucaldılmış abidənin önündə davam etdirilib. Burada aktyorların ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildikdən sonra sinəsini orden və medallar bəzəyən müharibə iştirakçıları arasında görüş keçirilərək, xatirə şəkli çəkdirilib.  

Bədii-təşviqat marafonunun açılışı Heydər Əliyev park-kompleksindəki möhtəşəm Zəfər Tağı qarşısında davam baş tutub. Dövlət Himni səsləndirildikdən sonra Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblının üzvləri çıxış etdilər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, “Ordu ilə xalq birdir” devizi altında keçirilən bədii-təşviqat marafonunun Gəncədən başlamasını şəhər sakinləri üçün əlamətdar hadisə adlandırıb. Diqqətə çatdırıb ki, Gəncə tarixən qəhrəmanlar yurdu olub. Bu qədim şəhər bəşəriyyətə Nizami Gəncəvi kimi dahini, eləcə də Cavad xan kimi xalq qəhrəmanını bəxş edib.

Sonra müstəqil Azərbaycanın ordu quruculuğunda qazanılan uğurlardan danışan Elmar Vəliyev deyib ki, indi Azətrbaycan Ordusu nəinki regionda, eləcə də dünyada ən güclü ordulardandır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək ən müasir döyüş texnikasına sahib olan ordumuzun işğal olunmuş torpaqlarımızı hər an düşməndən azad etməyə hazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə Milli Qəhrəman, korpus komandiri, generel-leytenant Rövşən Əkbərov, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək tədbir iştirakçılarını alman faşizmi üzərində qələbənin 70 illiyi münasibətilə təbrik etmiş və tezliklə Azərbaycan xalqının Dağlıq Qarabağ torpaqlarının düşməndən azad ediləcəyini və belə bir möhtəşəm qələbə tədbirinin orada keçirilərək üçrəngli Azərbaycan bayrağının Xankəndində ucaldılacağına əminlik ifadə etdilər. Sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə təltif olunmuş, hərbi Xidməti yerinə yetirərkən düşmənin təxribat qruplarının qarşısını alaraq, onlara ağır itkilər verdirən əsgər Abdullayev Təhmasibə generel-leytenant Rövşən Əkbərov tərəfindən medal təqdim edilib.

Tədbirdə Gəncə Dövlət Dram Teatrı aktyorları Nizami Gəncəvi, Cavad xan, eləcə də ermənilərin  Azərbaycanda törətdikləri qığının qarşısının alınmasında yaxından kömək edən Qafqaz İslan Ordusunun komandanı Nuru Paşanın, Çar Rusiyasının artilleriya allahı adlandırdığı Əliağa Şıxlinskinin obrazlarını canlandırdılar. Xalq artistləri Zaur Rzayev, Mübariz Tağıyev, Şahnaz Haşımova, Zümrüd Məmmədova, Gülyanaq və Gülyaz bacıları vətənpərvərlik mövzusunda mahnılarla marafon iştirakçılarına xoş ovqat bəxş etmişlər.

Sonra Azərbaycanın döyüş bayrağı meyadana gətirilib. Azərbaycan Ordusunun fəxri RAmil Səfərov Bakıdakı Şəhidlər xiyabanından gətirdiyi məşəli Zəfər tağının qarşısındakı meydanda nümayiş etdirib.

Böyük Vətən müharibəsinin od-alovundan keçən qəhrəman veteranlar 416-cı Taqanrok diviziyasının bayrağı ilə meydanda dövrə vuraraq xan bağında uyuyan Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarını ziyarətə yola düşdülər.

Tədbir əskərlərin nümunəvi çıxışları ilə başa çatıb.

Qeyd edək ki, tədbirdə Gəncə çəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Veteran Qayğıkeşi" Diplomu ilə təltif edilib

.

Keçidlər