Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “N” saylı hərbi hissədə Novruz bayramı yüksək səviyyədə qeyd edilib

17 mart 2015 | 16:00

 Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə müəssisə rəhbərləri , musiqi və incəsənət kollektivləri iştirak ediblər.

 Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək hərbiçiləri salamlayıb. Onları bayram münasibəti ilə təbrik edib, şərəfli xidmətlərində uğurlar arzulayıb. Bildirib ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti durmadan artır, ordu quruculuğunda da böyük uğurlar əldə edilir. Tezliklə torpaqlarımızın işğaldan azad olmasını arzulayan İcra başçısı, eyni zamanda Hərbi Hissəyə televizor hədiyyə edib.Daha sonra Respublikanın Hərbi Prokuroru, Ədliyyə General-Leytenantı Xanlar Vəliyevin hərbi qulluqçulara ünvanladığı təbriki səsləndirilib.

 Tədbirdə  çıxış edən hərbi hissə komandanlığı onlara yaradılan hərtərəfli şəraitə , göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildiriblər. Daha sonra Xidmətdə fərqlənən hərbiçilərdən bir qrupuna hədiyyələr təqdim edilib.

Tədbirdə Gəncə Musiqi Kollecinin musiqi kollektivinin geniş konsert proqramı alqışlarla qarşılanıb. Burada səsləndirilən xalq mahnıları, saz havaları bütün iştirakçılarda xoş təəssüratlar yaradıb.Novruz bayramının atributları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram şənliyinə şuxluq və sevinc gətirib.Cəsur əsgərlərimiz rəqqaslardan geri qalmayaraq , onlarla birlikdə məharətli və çevik oyun nümayiş etdiriblər.

Keçidlər