Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş sərgi

06 aprel 2015 | 15:00

Heydər Əliyev Mərkəzində gənc rəssamların müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr  edilmiş “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı I yaradıcılıq sərgisi nümayiş etdirilib.

Sərginin açılışından əvvəl iştirakçılar mərkəzin qarşısında ucaldılmış dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra 26 gənc rəssamın 120-dən artıq rəsm əsərindən ibarət sərginin açılışı olub.

Mərkəzin iclas salonunda keçirilən görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Elmar Vəliyev bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib. İcra Başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulayıb. Elmar Vəliyev gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb. Ulu öndərin azərbaycançılıq ideyalarının gənclər arasında geniş təbliğ edilməsində, gənclərə yaradıcılıq qabiliyyətini nümayiş etdirmək üçün şərait yaradılmasında, onların istedadlarının üzə çıxarılmasında, eləcə də asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsində belə sərgilərin keçirilməsinin əhəmiyyətindən danışıb və onları təbrik edib.

“Xəzər” Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov, gənc rəssamlardan, Gəncə Dövlət Universitetinin tələbəsi Ləman Verdiyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Seymur Ənvərbəyli, Elçin Cəfərov, Şəhla Səfərova və başqaları çıxış edərək gənc rəssamlara yaradılan şəraitə görə ölkə başçısına, eləcə də şəhər rəhbərliyinə minnətdarlıq edərək, dahi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş sərgidə iştiraklarından qürur duyduqlarını söyləyiblər.

Sonra ən yaxşı rəsm əsərlərinin müəlliflərinə Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.

Axırda tədbir iştirakçıları park-kompleksdə yerləşən Müasir İncəsənət Muzeyindəki eksponatlarla tanış olublar.

 

Keçidlər