Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi- praktik konfrans

07 may 2015 | 15:00

Gəncə şəhər İcra  Hakimiyyəti,YAP Gəncə şəhər Təşkilatı və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 92-ci ildönümü  münasibətilə “Heydər Əliyev və müasir gənclik” mövzusunda  elmi-praktik konfrans keçirilib.

Konfransda  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA-nın gənc alim və mütəxəsisləri, ziyalılar  iştirak edib.

AMEA-nın  gənc alim və mütəxəsisləri    ümummilli lider  Heydər Əliyevin  abidəsini ziyarət ediblər.Ulu öndərin xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə  təzə gül-çiçək dəstələri  qoyublar.

Sonra  qonaqlar  dahi rəhbərin adını daşıyan  möhtəşəm Heydər Əliyev Mərkəzi ilə  yaxından tanış olublar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq, ümummilli liderin Azərbaycan dövlətinin taleyində, onun mənəvi- siyasi və ictimai həyatında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun çoxşaxəli fəaliyyətində dil siyasətindən danışıb və qeyd edib  ki, mərkəzləşdirilmiş siyasətin, sovet rejminin sərt qanunlarının təzyiqləri altında ittifaqa daxil olan respublikalara “ögey-doğma” münasibətin hökm sürdüyü bir dövrdə Azərbaycanı  Sovet  İttifaqı  Respublikaları arasında güclü potensiala malik  ölkəyə çevirmək, doğma Vətəninin sabahını düşünərək dövlətçiliyimizin təməlini möhkəmləndirmək məqsədilə mövcud olan və olmayan imkanlardan istifadə etmək, ən əsası isə milliliyimizin qorunub saxlanılmasına, Azərbaycan dilinin dövlət dili kimi qorunmasına nail olmaq üçün  Heydər Əliyev fenomeni kimi dahiyanə idarəçilik və təşkilatçılıq bacarığına malik olmaq lazım idi.

AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA Gənc Alim və Mütəxəsislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru,dosent Famin Salmanov,AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Qədimalıyeva, AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının  üzvü, elmi işçi Leyla Hüseynova,AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəsislər Şurasının  sədri, Prezident  mükafatçısı Elnur Həsənov, şəhər Şagird Parlamentinin sədri Valeh Əsədov Azərbaycan elminin inkişafında ümummilli liderin  rolu haqqında danışaraq, bildiriblər ki,  bu gün ölkəmizdə aparılan gənclər siyasəti , gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli  dəstəyin verilməsi  dahi rəhbərin siyasətinin düşünülmüş   mühüm və zəruri addımlarından biridir. Bu da ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla  davam etdirilir.

Konfransda   müasir gəncliyin milli köklərə bağlı, əxlaqı dəyərlərə sadiq bir ruhda tərbiyə olunmağın vacibliyindən geniş söhbət açılıb.

 

Keçidlər