Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəlilər ulu öndərə ümumxalq məhəbbətini güllərin və çiçəklərin dili ilə ifadə etdilər

07 may 2015 | 15:00

Mayın 7-də Gəncədə əsl ümumxalq bayramı yaşandı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş möhtəşəm Gül bayramı ulu öndərin adını daşıyan park-kompleksdə keçirildi.  

Minlərlə şəhər sakini bru əziz bayramı qeyd etmək üçün park-kompleksin qarşısındakı Zəfər tağından Heydər Əliyev Mərkəzinədək olan fəvvarələr alleyasına toplaşmışdı. Tədbir Gəncə şəhər Birləşmiş Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturası ilə başladı. Sonra «Göygöl» Dövlət  Mahnı və Rəqs ansamblının ifası ilə davam etdirildi. Gəncə Dövlət Dram Teatrı aktyorlarının təqdim etdiyi ulu öndərə həsr edilmiş «Allah səni öz nurundan yaradıb» bədii kompozisiya tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Park-kompleksin bəzədilməsi üçün pavilyonların hazırlanmasında istifadə edilən güllərin içərisində qızılgül, gerver,fion, çitgülü, qərənfil, çobanyastığı və sair güllər çoxluq təşkil edirdi. Gül bayramında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran toplulardan ibarət kitab sərgisi, müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlunun ömür yolunun müəyyən anlarını əks etdirən şəkil və portretlər, rəsm və dekorativ sənət nümunələri, doğma Azərbaycanımızın xəritə və bayrağının güllərdən ibarət əl işləmələri, görünüşü və ifadəliliyi ilə diqqəti cəlb edən müxtəlif kompozisiyalar sərgiləndi. Həmçinin «Bakı-2015» I Avropa Oyunlarının rəmzlərini əks etdirən çiçəklərdən hörülmüş fiqurlar tədbirə xüsusi ab-hava bəxş edirdi.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Baş konsulu Mamika Balavadze, şəhərin icra strukturlarının, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri alleyanı gəzərək musiqi kollektivlərinin, uşaq tərbiyə müəssisələrinin balaca sakinlərinin təqdim etdikləri rəngarəng çıxışlarına baxdılar.

Şəhər sakinləri gül-çiçəklə bəzədilmiş, musiqi sədalı parkda həvəslə gəzişir, şəhərin müxtəlif müəssisə və təşkilatları, mədəniyyət, təhsil, səhiyyə ocaqları, idman idarələri, musiqi məktəbləri üçün ayrılmış pavilyonlardakı gül sərgilərinə tamaşa edirdilər. Parkda gəzintiyə çıxanlar sırasında hər yaşda olan insanları görmək mümkün idi.

Gül bayramı Heydər Əliyev Park-Kompleksindəki amfiteatrda görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş  geniş proqramla maraqlı konsertlə davam edib. Konsertdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, xalq artistləri Murad Adıgözəlzadə,Yeganə Axundova, beynəlxalq müsabiqələr laureatları, televiziya muğam müsabiqələrinin qalibləri iştirak ediblər. 

Sonda şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin ictimai həyatında fəal iştirakına görə bir sıra idarə və müəssisələrfəxri fərmanlarla təltif edilib. Tədbirdən sonra ulu öndərin adını daşıyan şəhərin mərkəzi meydanında möhtəşəm atəşfəşanlıq olub.     

 

 

 

Keçidlər