Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Ulu öndərin doğum günü Gəncədə ümumşəhər bayramı olaraq qeyd edilib

11 may 2015 | 15:00

Bir neçə gündür ki, ölkəmizin hər yerində  olduğu kimi, Gəncə də bayram libasındadır. Bu gün dahi şəxsiyyət, Dünya Azərbaycanlılarının lideri, xalqımızın xilaskarı, “Anam məni bütövlükdə Azərbaycan üçün dünyaya gətirib,doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”-deyən Heydər Əliyevin doğum günüdür. Bu tarixi günü bütün türk dünyası, müstəqil Azərbaycan yüksək təntənə, tükənməz sevgi və dərin ehtiramla qeyd edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə hər zaman doğma rəhbərindən diqqət və qayğı görən gəncəlilər də bu əlamətdar gündə üzlərində sonsuz sevinc və fərəh, əllərində təravətli gül-çiçək dəstələri  Heydər Əliyev Mərkəzinə, dünyanın Ən Böyük Azərbaycanlısının əzəmətli abidəsi önünə toplaşıblar.

Təntənəli tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürası və C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş bədii kompozisiya ilə başlayıb. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, qonaqlar, ictimaiyyətin nümayəndələri dahi rəhbərin əziz xatirəsinə  hörmət və məhəbbətin ifadəsi olaraq ulu öndərin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzüblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin mənalı ömür yolunu, doğma xalqına misilsiz xidmətlərini əks etdirən eksponatlara baxıblar. 

 

Keçidlər