Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Hüseyn Cavid küçəsinin açılışı oldu

05 mart 2013 | 16:00

Gəncəlilər daha bir abad və yaraşıqlı küçəyə sahib oldular. Şəhərin mərkəzində yerləşən ən qədim küçələrdən biri, Hüseyn Cavid küçəsi aparılan quruculuq işlərindən sonra sakinlərin üzünü güldürdü. 250 metr uzunluğunda olan Hüseyn Cavid küçəsi əvvəllər olduqca bərbad vəziyyətdə idi. Bu gün isə; evlərin fasadı milli memarlıq üslubuna uyğun üzlənib, ehtiyac duyulan binaların dam örtüyü yenilənib. Kənarlarına bardür düzülmüş, tamet döşənmiş səkilər gediş-gəlişi asanlaşdırmışdır. Əvvəllər 2 avtomaşının keçə bilmədiyi bu küçədə yol 4 metr genişləndirilib. Hətta kiçik dayanacaqlar qurulub. Bütün infrastruktur yerin altına salınıb. Kanalizasiya xətləri dəyişdirilib, hər evə ayrıca su xətti çəkilib. Əvvəllər qaranlığa qərq olan bu küçəyə 20 sep kabelli işıq dirəyi, 10 ədəd isə dekorativ fanar basdırılıb. Sakinlər söyləyirlər ki, bu küçədə yerləşən və Gəncənin turist marşrutuna salınan «butulka ev»ə turistlər baxmağa gələndə xəcalət çəkirdik. Bu gün isə deyə bilərik ki, şəhərin ən abad küçələrindən birinin sakini olduğumuz üçün fəxr edirik.
Şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və sakinlərin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Gəncə Şəhər İCra Hakimiyyətinin Başçısı Elmar Vəliyev abadlaşdırılan Hüseyn Cavid küçəsinin yenidən qurulan prospekt və küçələrindən biri olduğunu və mütəmadi olaraq abadlıq, quruculuq işlərinin davamlı olacağını söylədi.
Mənzər Qasımova sakinlər adından ölkə başçısı Prezident İlham Əliyevə Gəncəyə və gəncəlilərə göstərdiyi qayğıya görə minnətdarlığını bildirdi. Sakinlərin rahatlığına, eləcə də yaradılan milli-estetik gözəlliyə görə şəhər rəhbərliyinə təşəkkür etdi.
Sonra görkəmli ədib və dramaturq Hüseyn Cavidin baralyefinin açılışı oldu.
Sakinlərin və buraya toplaşanların alqışları abadlıq, quruculuq işlərini aparanlara, küçənin abadlaşdırılmasına imkan yaradanlara ünvanlandı.

Keçidlər