Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Koreya respublikasının Azərbaycandakı səfiri Gəncə Şəhər İcra Hakimiyyətində olub

06 iyul 2015 | 15:00

    Koreya respublikasının Azərbaycandakı səfiri Gəncə  Şəhər İcra Hakimiyyətində olub
  
Koreya filmləri festivalının açılışı ilə əlaqədar şəhərimizə səfər edən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in iyulun 6-da Gəncə Şəhər İcra Hakimiyyətində olub.
Səmimi və mehribanlıqla qarşılanan səfirlə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev arasında işgüzar söhbət gedib. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verən Naqif Həmzəyev Koreya filmləri festivalının Gəncədən başlamasını şəhər əhalisi üçün əlamətdar hadisə adlandırıb. Sonra bu qədim şəhərin tarixi, mədəniyyəti və müasir inkişafı  barədə məlumat verən Naqif Həmzəyev Azərbaycan-Koreya əməkdaşlığının verdiyi bəhrələrdən danışıb.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxış edərək diqqətə çatdırıb ki, o, Gəncəyə bir neçə dəfə səfər edib və hər gəlişində müxtəlif yeniliklərin şahidi olub. Koreya filmləri festivalının məhz Gəncədən başlamasını isə bu şəhərə olan marağından irəli gəldiyini bildirib və əminlik ifadə edib ki, bir həftəlik festivalda gəncəlilər Koreya xalqı haqqında, onun mədəniyyəti, bugünkü həyatı barədə daha ətraflı məlumat əldə edə biləcəklər.
Bakıda keçirilən ilk Avropa Oyunlarının möhtəşəmliyindən danışan səfir Azərbaycanda Oyunlara yüksək səviyyədə hazırlıq görüldüyünü və böyük coşqu ilə keçdiyini diqqətə çatdırıb.
Bu gün festivalın ilk filmi olan «Əbədi an» filmi nümayiş olunacaq. Səfir Çoi Suk-in festivalın açılışında iştirak edəcək.

    

 
Keçidlər