Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib

31 iyul 2015 | 15:00
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib

Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, problemlərinin vaxtında həll edilməsi sahəsində Gəncədə müsbət təcrübə var. Belə ki, heç bir müraciət diqqətdən kənarda qalmır. Hərtərəfli araşdırılır, ilk növbədə müraciətlərin yaranma səbəbləri təhlil edilir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür.
Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təkcə qəbul günlərində deyil, gündəlik olaraq şəhər əhalisi ilə təmasdadır. Ona müraciət edən hər kəsi dinləməyə hazırdır. Harada iş gedirsə orada olan icra başçısı insanların problemlərini yerindəcə öyrənə bilir və onları aradan qaldırmağa nail olur.
Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, müharibə veteranları qayğı ilə geniş əhatə olunub. Bu statusdan olan insanlar icra başçısını özlərinin doğma adamları bilirlər. Çünki Elmar Vəliyev onların hər biri ilə mütəmadi olaraq görüşür və hansı problemi olduğunu öyrənir. Xəstəsi olana yardım olunur, mənzil şəraiti yaxşılaşdırılır, gərək olanda torpaq sahəsi ayrılır, işlə təminat ön plana çəkilir.
Gəncə şəhər İcra Hakimiyyətinin  başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbuluna təkcə problemi olanlar gəlməmişdilər. Qaldırdığı məsələnin şəhər rəhbəri  tərəfindən həllini görənlər minnətdarlıq etmək üçün gəlmişdilər. Şəhər sakini Yusif Nuriyev, I qrup əlil Məhəmməd Ələsgərov, Çingiz Qocayev və başqları Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə problemlərinin həllinə dəstək olduğu üçün təşəkkürlərini bildiriblər.
Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən qəbulda idarə və müəssisə rəhbərləri ilə yanaşı 50 nəfərdən çox vətəndaş iştirak edib. Gedişatda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb, onların ehtiyacları qanunun tələblərinə uyğun olaraq təmin edilib.
Görüşdə müraciətlər arasında məşğulluğun təmin edilməsi, sosial yardıma ehtiyacı olan insanların mənzil təminatı, sahibkarlıq fəaliyyətinə dəstək, torpaq sahəsi ilə təminat, dam örtüyünün təmiri,  mübahisəli məsələlərlə bağlı, qaz, işıq, su, kanalizasiya xətləri ilə bağlı problemlər səsləndirilib. Problemlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Digər problemlər isə aidiyyatı şəxslər tərəfindən nəzarətə götürülüb.
Yığıncaqda İsmət Qayıbov adına 1№-li tama orta məktəbin 6-cı sinif şagirdi əlaçı Nigar Hüseynova Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə Nizami yurdunun sakinlərinə göstərdiyi diqqət və qayğıya görə özünün əl işi olan Cavad xanın portiretini hədiyyə edib.
Qəbuldan sonra jurnalistlərin suallarını cavablandıran Elmar Vəliyev xatırladıb ki, qəbul vaxtı öz həllini tapmayan müraciətlər adiyyatı qurumlar tərəfindən yerində araşdırılacaq. Akt tərtib edilərək arayış təqdim olunduqdan sonra qərara qəbul ediləcək. Elmar Vəliyev bildirib ki, bu qəbildən olan görüşlərin əsas məqsədi, ölkə başçısının tapşırığına müvafiq olaraq vətəndaşların firavanlığının təminatı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Şəhər başcısı sakinlərin problemlərinin həlli istiqamətində lazımi addımların hər zaman atılacağına diqqət çəkib.

    

 

 

Keçidlər