Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Atatürk konfransı işini başa çatdırıb

14 oktyabr 2015 | 15:00

Atatürk konfransı işini başa çatdırıb
Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı öz işini yekunlaşdırıb.
Bu konfrans Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Azərbaycan və Türkiyə Respublikalarının Müstəqillik günlərinə həsr olunub.
Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunan konfransın yekun tədbirində giriş sözü ilə AMEA-nın Tarix İnstitutunun müdiri, Milli Məclisin üzvü Yaqub Mahmudov çıxış edib. Belə bir mötəbər tədbirin Gəncədə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran Yaqub Mahmudov qeyd edib ki, bəşəriyyətə dahi Nizami Gəncəvini bəxş edən bu qədim şəhər həm də milli azadlıq hərəkatının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin beşiyidir. Yaqub Mahmudov konfransa göstərilən qayğıya görə Elmar Vəliyevə təşəkkürünü bildirib.
15 ölkəni təmsil edən 130-dan çox alim tarəfindən hazırlanmış bəyannamə qəbul olunub. Tədbir zamanı bəyannaməni səsləndirilib.
Bildirək ki, məruzələrdə əsasən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı və digər məsələlər ətrafında maraqlı fikirlər səsləndirildi.
Konfransda Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, Türkiyənin Atatürk Mədəniyyət, Dil  və Tarix İdarəsinin başqanı Derya Örs  çıxış edərək qeyd ediblər ki, təhrif olunmuş tarix xalqları həmişə üz-üzə qoyub. Bu baxımdan VIII Beynəlxalq Atatürk konfransında söylənilən fikirlər tarixi saxtalaşdıranlara tutarlı cavab olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni Tarix İnstitutunun müdiri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsin imzalayıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin təşkilində əməyi olanlara, eləcə də konfrans iştirakçılarına şəhər ictimaiyyəti adından minnətdarlığını bildirib.
Konfransın sonunda təşkilatçılara sertifikatlar təqdim olunub.

    

Keçidlər