Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində çörək zavodunun açılışı oldu

08 mart 2013 | 16:00

Gəncə şəhərində «NEON» firmasına məxsus və sutka ərzində 25 ton məhsul istehsal edə biləcək çörək zavodu açıldı. Tam avtomatlaşdırılmış formada, əl dəymədən, gigiyenik qaydalara əməl olunmaqla bişirilən çörəyin istehsalında 65 nəfər çalışacaq. Çörəyin bişirilməsi üçün istifadə olunan un elə firmanın öz dəyirmanında istehsal olunur. Burada quraşdırılmış avadanlıqlar Türkiyə Respublikasının «Kumkapı» şirkətinə məxsusdur.
Yeni çörək zavodunun açılışında iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev burada istehsal olan məhsulun ilkin olaraq hərbi hissəyə göndərildiyini və gələcəkdə pəhriz çörəyi də daxil olmaqla daha 5 çeşiddə çörək məmulatı hazırlanacağını bildirdi. İcra Başçısı onu da qeyd etdi ki, çörəyin yüksək standartlara uyğun gigiyenik qaydada hazırlanması və satışını təşkil etmək məqsədilə şəhərdə daha 4 çörək sexində əsaslı surətdə quruculuq və abadlıq işləri görülür. Eyni zamanda tələbatı nəzərə alaraq ikinci bir çörək zavodunun layihələşdirilməsi də aparılır. Məqsəd alıcıları razı salacaq, keyfiyyətli çörək məmulatlarının istehsalına nail olmaqdır.

Keçidlər