Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Gəncədə olub
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Gəncədə olub
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Azərbaycanın qədim və tarixi şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib, müstəqillik əldə etdikdən sonra respublikamızın digər bölgələrində olduğu kimi, Gəncədə də böyük abadlıq və quruculuq işləri görüldüyünü diqqətə çatdırıb. Şəhərin iqtisadi uğurlarından danışan Elmar Vəliyev deyib ki, hazırda iqtisadiyyatın bir çox sahələri kimi maşınqayırma sənayesi də Gəncədə inkişaf etməkdədir.
Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, o ulu öndər Heydər Əliyevi çox yaxşı tanıyıb və hər zaman Heydər Əliyevin onun müəllimi olduğunu qeyd edib. Azərbaycan Resublikasının prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qarşılıqlı əlaqələri Azərbaycanla Dağıstanın əlaqələrini genişləndirməyə səbəb olduğunu bildirən Dağıstan prezidenti Azərbaycanın çox inkişaf etdiyinin sahidi olduğunu deyib,
Dərbəndin 2000 illiyi ərəfəsində şəhərdə aparılan bərpa işlərində Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan yaxından iştirak etdiyini bildirən qonaq xüsüsi vurğulayıb ki, Gəncədə də olduğu məkanlar dünya standartlarına tam cavab verir.
Görüşdən sonra qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Daha sonra Dağıstan prezidenti Ramazan Abdulatipov Gəncə şəhərində yerləşən Heydər Əliyev adına park-kompleksnə və Nizami Gəncəvinin məqbərəsinə baş çəkib.